Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

2024 Azərbaycan idmanında nə ilə yadda qaldı? İlə baxış

2024 Azərbaycan idmanında nə ilə yadda qaldı? İlə baxış

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

2024-cü il yekunlaşmaq üzrədir. Azərbaycan idmançıları üçün mötəbər beynəlxalq yarışların təqvimi də demək olar ki, başa çatıb. Son akkordlarını vuran il ölkədə əksər sahələrdə olduğu kimi, idmanda da bir sıra diqqətçəkən hadisələrlə yadda qaldı.

Azərbaycan idmançıları başa çatmaqda olan il ərzində Olimpiada, qitə və dünya çempionatlarında, kubok yarışlarında, digər nüfuzlu beynəlxalq turnirlərdə ümumilikdə, 1718 medal qazanıblar. Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medallardır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib. İl ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda iştirakı təmin edilib.

Prezidentdən təqdir

Təsadüfi deyil ki, bir neçə gün əvvəl "İlin idman yekunları"na həsr olunmuş mərasimdə çıxış edən Prezident İlham Əliyev 2024-ü nəticə etibarilə uğurlu il adlandırmışdır: "Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. 
Onu da deməliyəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır".  

Sözsüz ki, bu uğurlar ölkənin düzgün idman siyasətinin nəticəsidir. Atılan addımlar, infrastrukturun inkişafı, idmançılara verilən dəstək və beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər, ölkənin idman strategiyasının səmərəli olduğunu sübut edir.

Konkret, 2024 ölkə idmanı adına hansı hadisələrlə yadda qaldı? 

İlin əsas yarışı, şübhəsiz ki, Parisdə keçirilən Yay Olimpiya Oyunları oldu. Bu yarışlarda Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq medal sıralamasında 30-cu yeri tutdu. Bununla da Azərbaycan medal əyarına görə Tokio Olimpiadasındakı nəticəsini yaxşılaşdırdı. İdmançılarımız 2021-ci ildə Yaponiyanın paytaxtında keçirilmiş nəhəng yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular. Əlavə edək ki, Azərbaycan Paris-2024-də 15 idman növü üzrə 48 idmançı ilə təmsil olundu. Ölkəmiz Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında 3-cü yeri tutdu.

Ən yüksək əyarlı medalları isə cüdoçularımız əldə etdi. Bu, cüdo tariximizdə ən yaxşı nəticə idi. 


Hidayət Heydərov (cüdo, 73 kq) 

Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi oldu. 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazandı. Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbula (İsrail) qalib gəldi. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovadan (Kosovo) güclü oldu. Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada idi. Ümumiyyətlə, il Hidayət üçün fantastik alındı. Əvvəlcə fevral ayında Heydərov Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazandı. Bu qələbədən sonra jurnalistlərə müsahibəsində ili “qızıl het-trik”lə başa vurmaq niyyətində olduğunu açıqlayan "Hido" ləqəbli idmançı vədini yerinə yetirdi. 27 yaşlı idmançı apreldə dördüncü dəfə Avropa çempionu oldu, may ayında ilk dəfə dünya çempionu tituluna yiyələndi və nəhayət, Olimpiadada qızıl medal qazanfı. Ondan əvvəl heç bir idmançımız bir il ərzində hər üç əsas titul qazanmamışdı. Bundan başqa, Hidayət ili dünya reytinqində lider kimi başa vuracaq.

Zelim Kotsoev (cüdo, 100 kq)

Yay Olimpiya oyunlarının daha bir qalibi Zelim Kotsoyev 100 kq çəki dərəcəsində finalda gürcü cüdoçu İlya Sulamanidzeni üstələyərək "qızıl"a yiyələndi. Əslində, ilin əvvəli idmançımız üçün uğursuz alınmışdı. O, fevralda Bakıda keçirilən Böyük Dəbilqə yarışında, apreldə isə Avropa çempionatında heç nə əldə edə bilmədi. Əvəzində 26 yaşlı idmançımız mayda BƏƏ-nin Əbu-Dabi şəhərində baş tutan dünya çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq çempion oldu. Nəticədə o, olimpiadaya lisenziya əldə etdu. 
Kotsoyev də Heydərov kimi ili dünya reytinqində lider kimi başa vuracaq.

Qaşım Maqomedov (taekvondo, 58 kq)

İlin əsas sürprizini taekvondoçu Qaşım Maqomedovun Olimpiadada gümüş medalı hesab etmək olar. 25 yaşlı idmançı may ayında Belqradda (Serbiya) keçirilən Avropa çempionatında bürünc medal qazandı. Üç ay sonra isə Azərbaycanı olimpiya oyunlarında təmsil etdi və demək olar ki, "boyundan hündürə tullandı". Maqomedov bir çox titullu rəqiblərini, o cümlədən İtaliyadan olan hazırkı Olimpiya çempionunu məğlub etdi və yalnız finalda məğlub olaraq gümüş medal qazandı. 


Alfonso Dominqes (boks, 92 kq)

Əvvəlki Olimpiadada olduğu kimi, Dominqes yenə boks üzrə yeganə medalçımız oldu. 29 yaşlı boksçu apreldə Avropa çempionatında cəmi bir döyüşdə qalib gələrək bürünc medal qazandı. Parisdə o, Kubadan olan son Olimpiya çempionu üzərində qələbə ilə başladı. Lakin titullu boksçumuz finala uğurla yüksəlməsinə baxmayaraq, həlledici görüşdə Özbəkistandan olan rəqibinə heç bir müqavimət göstərə bilmədi. Bununla belə, Dominqesin yeni çəki dərəcəsində uğurlu çıxışı və olimpiya medalının keyfiyyətinin yüksəldilməsi təqdirə layiqdir.

Lamiyə Vəliyeva (paraatlet, qaçış)

Azərbaycan Milli Paralimpiya komandası Fransanın Paris şəhərində keçirilmiş XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olundu. Ölkəmiz bu Paralimpiya Oyunlarında 11 medal (4 qızıl, 2 gümüş və 5 bürünc) qazandı. İlin əsas uğurlu siması isə qaçış üzrə paraatlet Lamiyə Vəliyeva oldu. O, hələ may ayında Kobedə (Yaponiya) keçirilən dünya çempionatında iki qızıl medal qazandı (100 və 400 metr məsafələrə) və çempionluq titullarının sayını dördə çatdırdı. Tokio-2020-də 1 qızıl və 1 gümüş medal qazanan 22 yaşlı idmançıya Paralimpiya Oyunlarında gözləntilər böyük idi. Parisdə də eyni nəticəni təkrarlasa da, bu dəfə 400 yox, 100 metr məsafəyə qaçaraq qızıl medal qazandı.

"Ağır artileriya" Parisdə uğurlu olmasa da...

Azərbaycan idmanının ağır artilleriyası adlandırılan güləşçilərin Paris-2024-də cəmi 3 medal (yunan-Roma güləşçisi Həsrət Cəfərov 67 kq-da gümüş, sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medalla kifayətləndilər) əldə etməsi yüksək sayılmasa da, Yunan-Roma güləşi üzrə milli komandanın titulunu qoruyaraq ikinci dəfə dünya çempionu olması, 32 yaşlı “klassik” Eldəniz Əzizlinin Azərbaycan güləş tarixində ilk 4 qat dünya çempionu ünvanına sahib çıxması, Mariya Stadnikin 10-cu dəfə Avropa çempionu olması qeyd edilməlidir. Bundan başqa, bu il güləş üzrə Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa Olimpiya Təsnifat turnirinin və U-23 Avropa çempionatının ilk dəfə ölkəmizdə keçirilməsi ilin hadisələrindən sayılmalıdır. Güləş adına daha bir hadisə isə Hacı Əliyevin karyerasını başa vurması oldu.

Nüfuzlu turnirlərin məkanı  


2024-cü ildə Azərbaycan bir neçə nüfuzlu beynəlxalq yarışların məkanı olub. İl ərzində Bakı şəhəri çövkən üzrə dünya çempionatına, “TeamGym” üzrə Avropa çempionatına, atıcılıq üzrə Dünya Kubokuna, bədii gimnastika üzrə Avropa Kubokuna, cüdo üzrə Böyük Dəbilqə turnirinə, güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə, şahmat üzrə "Baku Open 2024" beynəlxalq festivalına, güləş üzrə U-23 Avropa çempionatına, Formula 1 Azərbaycan Qran-Prisinə və digər yarışlara ev sahibliyi edib. Təkcə paytaxtda deyil, regionlarda, eləcə də işğaldan azad edilmiş şəhərlərdə də beynəlxalq yarışlar təşkil olunub. Xankəndi şəhərində Xankəndi – Bakı ultramarafonu, Şuşa şəhərində "Vüqar Həşimov Memorialı-2024" beynəlxalq şahmat, 2024-cü ilin “İdman Paytaxtı” Qubada “Ulduz cup” beynəlxalq futbol yarışı, Göygöldə cüdo üzrə kadetlər arasında Avropa Kuboku uğurla keçirilib. Bu mənada Füzuli və Mingəçevir şəhərlərində Beynəlxalq Avarçəkmə reqatasının təşkili xüsusi qeyd oluna bilər. 

AFFA-da rəhbər dəyişikliyi


İlin idman hadisələri içərisində futbolla bağlı olanlar da var. Bu mənada heç şübhəsiz, AFFA-da rəhbər dəyişikliyi qeyd olunmalıdır. 16 il - 2008–ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti postunu tutan Abdullayev apreldə keçirilən seçkilərdə postunu Rövşən Nəcəfə təhvil verdi. Yeni rəhbərlik ilk gəlişində futbol ictimaiyyətinin demək olar, bütün kəsimləri ilə görüşərək müzakirələrdə səsləndirilən fikirlər əsasında yeni strategiya hazırlanacağına vəd verdi. 8 aylıq dönəm isə hələlik daha çox milli komandaların uğursuz nəticələri ilə müşaiyət olunur. Bu mənada, tanınan portuqaliyalı Fernandu Santuşa tapşırılan əsas yığmanın Millətlər Liqasında D Liqasına yuvarlanması təəssüf doğurur...

"Qarabağ"dan tarixi uğur 

Son illərdə bir qayda olaraq Azərbaycan futbolunun üzünü ağ edən "Qarabağ" 2024-cü ilə tarixi nailiyyətlə başladı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasından üstün olaraq tarixində ilk dəfə turnirin 1/8 finalına çıxdı. Nəticədə "köhlən atlar" Azərbaycana Avropanın daha bir samballı komandasını - "Bayer Leverkuzen"i gətirdi. Hansı ki, sonradan Almaniya çempionu olan "əczaçılar" məğlubiyyətsiz seriyası ilə adından söz etdirməkdə idi. "Qarabağ" həm Bakıda (2:2), həm də Leverkuzendə (2:3) Xabi Alonsonun komandasına çətin anlar yaşada bildi. 
Ağdam təmsilçisi mövsümün sonunda növbəti - ardıcıl 3-cü, ümumilikdə isə 11-ci çempionluğunu rəsmiləşdirdi. Beləliklə, yendən ölkəmizi Çempionlar Liqasında, hazırda isə Avropa Liqasının Liqa mərhələsində təmsil etməkdədir.     


Qonaq-qaralı sonluq

2024-cü ilin sonluğu gəl-getli oldu. Noyabrda keçirilən nəhəng COP-24 tədbiri idman adamlarının da ölkəmizə axını ilə müşaiyət olundu. Türkiyəli mütəxəssis Fatih Terim, "Barselona"nın prezidenti Joan Laporta, əfsanəvi futbolçu Ronaldinyo sözügedən tədbir çərçivəsində Bakıda qonaq oldu.



Bu ayın əvvəlində isə daha bir canlı əfsanə Lionel Messi, eləcə də onun MLS təmsilçisi "İnter Mayami"də komanda yoldaşı olan Luis Suares, Serxi Buskets və Jordi Alba Azərbaycana təşrif buyurdular. Sözsüz ki, adlı-sanlı futbolçuların ölkəmizə gəlişi önəmli hadisələrdən oldu. 

Mirağa Mirzəyev 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://fanat.az
archiveBu xəbər 27 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see271

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see269

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see261

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see248

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see236

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see226

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see225

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see223

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see222

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see222

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see221

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see220

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see215

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see213

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see212

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see207

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see201

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see200

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri