Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

2024cü ildə bu məşhur simaları itirdik FOTO

2024cü ildə bu məşhur simaları itirdik FOTO

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü il bir sıra müsbət hadisələrlə yanaşı kədərli xəbərlərlə də yadda qaldı. Belə ki, bu il bir çox tanınmış simalar həyatını itiriblər. Onların sırasında siyasətçilər, alim və ölkənin məşhur mədəniyyət xadimləri də var.

Milli.Az bizim.media-ya istinadən 2024-cü ildə vəfat etmiş Azərbaycanın tanınmış şəxslərinin siyahısını təqdim edir:

Aygün Bəylər

Yanvarın 6-da müğənni Aygün Aydın qızı Hümmətova (Aygün Bəylər) uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, 1975-ci ilin 22 avqustunda anadan olub. Müğənni, 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb.

Çingiz Hüseynov

Yanvarın 8-də Azərbaycan Yazıçılar Birliyinin üzvü Çingiz Həsən oğlu Hüseynov vəfat edib. O, 1929-cu ilin aprelin 20-də anadan olub. Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Ç. Hüseynov  filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989) olub.

Rəfiqə Axundova

Fevralın 6-da balet ustası Rəfiqə Hacı qızı Axundova dünyasını dəyişib. O, 1931-ci ilin avqustun 7-də anadan olub. Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970) idi.

Namiq Abbasov

Martın 27-də Namiq Abbasov vəfat edib. 1940-cı ildə anadan olan N. Abbasov 1995-2004-cü illərdə  Azərbaycanın Milli Təhlükəsizlik naziri vəzifəsində çalışıb. 2004-2012-ci illərdə  Azərbaycanın Özbəkistandakı fövqəadə və səlahiyyətli səfiri olub.

İsgəndər Quliyev

17 apreldə vaxtilə Milli Məclisin deputat olan İsgəndər Həsən oğlu Quliyev vəfat edib. 1938-ci ildə anadan olan İ. Quliyev 2001-ci il 53 saylı Astara seçki dairəsindən deputat seçilib. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub.

Hadi Rəcəbli

Aprelin 17-də Hadi Musa oğlu Rəcəbli dünyasını dəyişib. 1947-ci ildə anadan olan H. Rəcəbli Milli Məclisin I-V çağırış deputatı (1995-2020), parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

Elmira Süleymanova

Aprelin 25-də Elmira Teymur qızı Süleymanova vəfat edib. 1937-ci ildə anadan olan E. Süleymanova Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsində çalışıb. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən) olub.

Dadaş Rzayev

Mayın 27-də Dadaş Qərib oğlu Rzayev dünyasını dəyişib. O, 20 fevral 1993-17 iyun 1993-cü ilə qədər Azərbaycanın müdafiə naziri olub. D. Rzayev 22 dekabr 1935 anadan olub. Azərbaycan Respublikası Veteranlar Şurasının sədri idi.

Vaqif Hüseynov

İyunun 3-də Vaqif Əliövsət oğlu Hüseynov vəfat edib. O,  Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1989-1991), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1980-1983) vəzifələrində çalışıb.

Səfa Mirzəyev

22 iyul tarixində Səfa Abbas oğlu Mirzəyev vəfat edib. 1952-ci ildə anadan olan S. Mirzəyev uzun illər Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri vəzifəsində işləyib. 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2006) olub.

Ədil Arifoğlu

İyulun 28-də Ədil Arifoğlu dünyasını dəyişib. 1968-ci il təvəllüdlü Ə. Arifoğlu "AzTV"nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru idi. O, Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.

Nəsiman Yaqublu

Avqustun 25-də Nəsiman Qara oğlu Yaqublu avtomobil qəzası nəticəsində vəfat edib. 1962-ci il təvəllüdlü N. Yaqublu Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. O, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti tarixi və Məhəmməd Əmin Rəsulzadə barədə tədqiqatlar aparıb.

Tağı Əhmədov

18 oktyabrda Tağı Məhəmməd oğlu Əhmədov vəfat edib. 1948-ci il təvəllüdlü T. Əhmədov uzun illər Bakı Metropoliteninin rəisi işləyib (1998-2014). Azərbaycan Dama Federasiyasının vitse-prezidenti (2008-2022), Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri (2015-2022) olub. 

Səmayə Piriyeva

Noyabrın 23-də Səmayə Piriyeva vəfat edib. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olub. Bir müddət Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də çalışıb (1999-2000).

Rafiq Nəsirov

Noyabrın 29-da Rafiq Əliş oğlu Nəsirov vəfat edib. 1947-ci il təvəllüdlü R. Nəsirov Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar (2000) və xalq rəssamı (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub (2017).

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri