İki adada yüzlərlə canlı növü aşkarlandı
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Ucqar adalarında yüzlərlə balıq qrupu aşkarlandı
Tədqiqat ABŞ-ın Havay Universitetinin dəniz ekoloqu Alan Fridlanderin rəhbərlik etdiyi qrup tərəfindən Marşall adalarının şimalında yerləşən Bikar və Bokak atolllarında aparılıb. Bu ərazilər ən yaxın yaşayış məntəqələrindən müvafiq olaraq 116 və 385 kilometr uzaqda yerləşir.
Alimlər sualtı dalışlar, kameralar və xüsusi sualtı qurğular vasitəsilə mərcan riflərini, balıqları, dəniz quşlarını, bitki örtüyünü və tısbağaların yuvalama sahələrini araşdırıblar.
Nəticədə mərcan riflərində 266, daha dərin sularda 138, dərin dəniz ekosistemlərində isə 79 balıq qrupu qeydə alınıb. Bundan başqa, köpəkbalıqları və digər iri yırtıcı balıqlara aid 15 qrup müəyyən edilib. Araşdırma zamanı elmi təsnifat üçün yeni ola biləcək iki növ də diqqət çəkib.
Adalar arasında ekoloji fərqlər aşkarlanıb
Tədqiqat göstərib ki, Bikar və Bokak atolllarının ekosistemləri arasında müəyyən fərqlər var. Yaşıl dəniz tısbağalarının yuvalama fəaliyyəti əsasən Bikar adasında müşahidə edilib. Burada ümumilikdə 132 yuva çuxuru qeydə alınıb.
Bokak isə mərcan riflərinin zənginliyi və balıqların ümumi biokütləsinin daha yüksək olması ilə seçilib. Bikar adasında isə yosun müxtəlifliyinin daha çox olduğu müəyyənləşdirilib.
Araşdırmanın nəticələrinə əsasən, hər iki atolun ətrafındakı 48 min kvadratkilometrlik ərazi Marşall adalarının ilk milli dəniz mühafizə zonası elan edilib.
İqlim dəyişikliyi təhlükəsi bu ərazilərdən də yan keçmir
“Frontiers in Marine Science” jurnalında dərc olunan tədqiqat insan təsirindən uzaq ərazilərin belə qlobal iqlim dəyişikliklərindən qorunmadığını göstərib.
Okean sularının istiləşməsi, mərcanların ağarması, dəniz səviyyəsinin yüksəlməsi və ekosistemlərdə məhsuldarlığın dəyişməsi bu ərazilər üçün də ciddi təhlükə yaradır.
Alimlər hesab edirlər ki, Bikar və Bokak atollları təbii ekosistemlərin insan müdaxiləsi olmadan necə fəaliyyət göstərdiyini öyrənmək üçün mühüm nümunədir. Bu ərazilərin uzunmüddətli müşahidəsi gələcək ekoloji dəyişikliklərin qiymətləndirilməsinə və dəniz canlılarının qorunması strategiyalarının hazırlanmasına kömək edə bilər.(Qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 Noyabr 2026 05:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















