Icma.az
close
up
RU
2025 ci il qlobal avtomobil bazarı üçün çətin keçəcək Bloomberg

2025 ci il qlobal avtomobil bazarı üçün çətin keçəcək Bloomberg

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elektrikli texnologiyalara keçidə gecikən Avropa avtomobil istehsalçılarının bu il bazarda üstünlük qazanması çətin görünür.  

Ölkə.az valyuta.az-a istinadən xəbər verir ki, "Allianz Trade"in 2025-ci il hesabatına daxil edilən avtomobil sektorunun qiymətləndirilməsinə görə, 2023-cü ildə təxminən 10% böyümə qeydə alınan avtomobil bazarında 2024-cü ildə tələbatın azalması nəticəsində yeni qeydiyyatlarda cəmi 1,7%-lik mülayim artım olub.  

Hesabatda aşağı tələbatın səbəblərindən biri kimi daha sərt kredit şərtləri və yüksək faiz dərəcələri göstərilir ki, bu da avtomobil kreditlərinin daha bahalı olmasına gətirib çıxarıb.  

Digər bir səbəb isə bəzi avtomobil istehsalçılarının istehlakçı gözləntilərinə cavab verməyən modelləri bazara çıxarması və 2023-2024-cü illər arasında yüzlərlə yeni modelin təqdim edilməsidir. Hesabata əsasən, qlobal avtomobil sektorunun 2025-ci ildə 2% böyüməsi gözlənilir. Bu artıma 4%-lə Çin və 2,5%-lə ABŞ liderlik edəcək. Avropanın isə gömrük vergiləri ilə bağlı gərginliklər səbəbindən 1,5%-lik artımla digər bölgələrdən geri qalacağı proqnozlaşdırılır.  

Çində elektrikli avtomobillər liderliyini qoruyur

"Allianz Trade"in avtomobil sektoru hesabatında elektrikli avtomobillərə keçid də vurğulanıb. Hesabatda qeyd olunur ki, Çində elektrikli avtomobil (EV) satışları 40% artıb, daxili yanma mühərrikli (ICE) avtomobil satışları isə 17% azalıb. Bu da ölkənin elektrikli nəqliyyat vasitələri sahəsində liderliyini göstərir.  

Hesabatda vurğulanan digər bir məqam isə Avropanın 2024-cü ildə elektrikli avtomobil satışlarında daralma yaşayan yeganə böyük bazar olmasıdır. Bununla yanaşı, Avropa avtomobil bazarında 2024-cü ildə ən əhəmiyyətli uğurun hibrid avtomobil satışlarının 20%-dən çox artması olduğu bildirilir. Lakin bu artım əsasən asiyalı avtomobil istehsalçılarının xeyrinə işləyib.  

Hesabatda qeyd olunur ki, gələcəkdə karbon emissiyası ilə bağlı tənzimləmələrin sərtləşəcəyi və avtomobil istehsalçılarının karbon izlərini azaltmaq məcburiyyətində qalacağı nəzərə alınarsa, 2025-ci ildə Avropada elektrikli avtomobil seqmentinin sabit şəkildə böyüməsi gözlənilir.  

Avropalı istehsalçılar üçün üç əsas maneə

Hesabata görə, Avropa avtomobil sənayesinin qarşısında üç əsas çətinlik dayanır.  

Birincisi, avtomobil istehsalçılarının elektrikli nəqliyyat vasitələrinə keçid prosesində itirdikləri innovativ dönüşü kompensasiya etməli olmalarıdır. Avropalı istehsalçıların, xüsusilə avtomobil içi rəqəmsal texnologiyalar sahəsində geridə qaldıqları qeyd olunur. Son on ildə avropalı avtomobil istehsalçılarının ən iri Çin istehsalçıları olan "BYD" və "Geely", eləcə də "Tesla" ilə müqayisədə kapital xərclərinə iki dəfə az sərmayə qoyduğu bildirilir. Avropa avtomobillərinin həm baha olması, həm də innovasiya baxımından rəqabətdən geri qalması vurğulanır. Gömrük tarifləri nəzərə alınsa belə, avropalı sedan və SUV modellərinin Çin istehsalı olan modellərdən 15-30% daha baha olduğu qeyd edilir.  

İkinci maneə Çindən asılılığın zəif nöqtəyə çevrilməsidir. Hesabatda bildirilir ki, Çin qlobal akkumulyator bazarında üçdə iki paya sahib olmaqla dominant mövqeyini qoruyur. Çinli avtomobil markalarının daha ucuz, etibarlı və yüksək texnologiyaya sahib elektrikli avtomobillərlə Avropa bazarındakı paylarını artırdığı vurğulanır. Məsələn, Almaniyanın 2019-cu ildə Avropa avtomobil bazarındakı payının 25% olduğu, lakin 2024-cü ildə bu rəqəmin 18%-ə düşdüyü qeyd edilir.  

Üçüncü əsas maneə isə Avropa İttifaqının (Aİ) tətbiq edəcəyi sərt karbon emissiya qaydalarıdır. Hesabatda vurğulanır ki, elektrikli avtomobil bazarının ləngidiyi bir vaxtda Aİ sektora ciddi təsir göstərə biləcək sərt CO₂ hədəfləri tətbiq etməyə hazırlaşır. Bu qaydaların avtomobil istehsalçılarına 10 milyard avrodan çox cərimə yükü gətirə biləcəyi bildirilir.  

Bundan əlavə, Aİ enerji böhranını da həll etməlidir. Çünki hazırda Avropada benzinin litri 1,5 avro olduğu halda, elektrik enerjisinin qiyməti kilovat-saat (kWh) üçün 37 sentdən yuxarıdır. Bu isə elektrikli avtomobillərin iqtisadi cəhətdən cəlbediciliyini azaldır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:310
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Fevral 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri