Icma.az
close
up
RU
2025 ci il üzrə daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurulub

2025 ci il üzrə daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurulub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən hər il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Siyahılar qanunvericiliyin tələblərinə uyğun olaraq ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Ardıcıl və sistemli şəkildə müvafiq işlər görüldükdən sonra siyahılar aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir, dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə olunmaqla ictimailəşdirilir. Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları, bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılan və aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvü cəlb olunan dəqiqləşdirmə prosesinə mayın 30-dək yekun vurulur.

AZƏRTAC xəbər verir ki, cari il üzrə seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılması ilin əvvəlində keçirilən bələdiyyə seçkiləri ərəfəsinə təsadüf etdiyindən, Mərkəzi Seçki Komissiyası bu məsələni əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha da intensivləşdirdi və qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görməklə səmərəli fəaliyyət sərgilədi. Sözügedən prosesə seçicilərin fəal cəlb olunması və görülən işlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası həyata keçirildi, bu yöndə informasiya-kommunikasiya texnologiyalarının, media subyektlərinin və sosial media platformalarının imkanlarından geniş istifadə olundu. Adların seçici siyahılarında yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan geniş tirajlı böyük ölçülü məlumatlandırma plakatları bütün ölkə ərazisinə yayılaraq əhalinin xüsusilə sıx məskunlaşdığı yerlərdə və çoxsaylı məlumat lövhələrində yerləşdirildi. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı Komissiyanın hazırladığı video və audio çarxlar da televiziya və radio kanallarında yayımlanmaqla, eləcə də rəsmi internet səhifəsində və sosial media platformalarında yerləşdirilməklə mütəmadi şəkildə nümayiş etdirildi. Həmçinin qurumlararası birgə layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində reallaşdırılan mütərəqqi və innovativ layihə də davam etdirilərək, Mərkəzlərə gündəlik müraciət edən on minlərlə vətəndaşımıza adlarını seçici siyahılarında yoxlamaq, aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirmək, habelə bu məsələlərlə bağlı ehtiyac yarandığı halda yerindəcə Mərkəzi Seçki Komissiyasına operativ müraciət etmək imkanı yaratdı.

2025-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin başa çatması ilə əlaqədar mayın 26-da Komissiyanın inzibati binasında öncə dəqiqləşdirmə prosesinin texniki və praktiki mexanizmlərinə həsr olunan təqdimat mərasimi keçirilib. Mərkəzi Seçki Komissiyasının üzvləri və media mənsublarının iştirakı ilə əyani şəkildə reallaşdırılan tədbirdə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsində dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlar, daha da təkmilləşdirilən proqram təminatları, o cümlədən operativ və keyfiyyətli fəaliyyəti təmin edən xüsusi proqram modulları barədə ətraflı məlumat verilib.

Təqdimat mərasiminin ardınca Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda 2025-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi məsələsinə baxılıb. Komissiya sədri təqribən beş ayı əhatə edən irimiqyaslı fəaliyyətin başlıca mərhələləri barədə danışıb, mühüm məqamları diqqətə çatdırıb. M.Pənahov, həmçinin dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.

İclasda 2025-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq olunduqdan sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsi qərara alınıb. Qeyd etmək lazımdır ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6302093 seçici daxil edilib ki, onların 47,57 faizi kişi, 52,43 faizi isə qadınlardır.

İclasda Komissiyanın 2025-ci il mayın 22-də keçirilən iclasının protokolu da təsdiq olunub, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri