Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Azərbaycan hərbi doktrinada ciddi dəyişikliklərə HAZIRLAŞIR

Azərbaycan hərbi doktrinada ciddi dəyişikliklərə HAZIRLAŞIR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda hərbi sənaye və texnikanın yenilənməsi prosesi yeni mərhələyə qədəm qoyub. Bu yenilənmə təkcə komando qüvvələrinin formalaşdırılması ilə məhdudlaşmır, eyni zamanda ordunun ümumi strukturunda, regional yerləşmədə və silahlanma siyasətində də ciddi dəyişikliklər özünü göstərir.

Milli Məclisin üzvü Elman Nəsirov Modern.az-a deyib ki, İkinci Qarabağ zəfərinin əsasında güclü iqtisadiyyat və bu iqtisadiyyatdan formalaşan güclü ordu dayanır:

"5 yanvar tarixində cənab Prezidentin televiziyaya verdiyi müsahibədə qeyd etdiyi kimi, beynəlxalq hüquq işləmir, güc faktoru önəmlidir. Biz də Qarabağı məhz güc yolu ilə geri aldıq.

Hələ 2020-ci ildə apardığımız müharibə dövründə Azərbaycanın hərbi büdcəsi ümumilikdə təxminən 9 milyard dollar təşkil edirdi. 2025-ci ildə bu rəqəm 5 milyard dollar təşkil etdi. Növbəti il üçün isə hərbi büdcənin yenidən 9 milyard dollara yaxın olacağı gözlənilir.

Prezidentin də qeyd etdiyi kimi, hazırda müharibə apardığımız illə müqayisədə qat-qat güclü ordumuz var. Eyni zamanda ölkədə 20-yə yaxın hərbi sənaye müəssisəsi fəaliyyət göstərir və təkcə ötən il bu müəssisələrdə 1,4 milyard dollarlıq hərbi məhsul istehsal olunub".

Deputat bildirib ki, qlobal silah bazarında müəyyən boşluqlar mövcuddur və Azərbaycan bu imkanlardan istifadə edərək hər il hərbi sənaye istehsalını genişləndirmək, ixrac potensialını artırmaq niyyətindədir. Bu bazardan ildə təxminən 150 milyon dollar gəlir əldə etmək ehtimalı var. Çünki Rusiya–Ukrayna müharibəsi qlobal silah bazarında müəyyən boşluqlar yaradıb:

"Cənab Prezident qeyd edib ki, Türk Dövlətləri Təşkilatını hərbi təşkilata çevirmək niyyəti yoxdur. Lakin 2026-cı ildən etibarən Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə hərbi təlimlər da mümkün olacaq.

Orduda struktur islahatları da nəzərdə tutulub və NATO modelinə keçid prosesi davam edir. Türkiyə modeli NATO standartlarına uyğun olduğuna görə, bu modeldən istifadə olunur. Eyni zamanda komando birliklərinin formalaşdırılması həyata keçirilir ki, bu da orduda yeni və müasir bir yanaşmadır.

Ordu birləşmələrinin sayının artırılması prioritet məsələdir və bu istiqamətdə çox ciddi və ardıcıl işlər həyata keçirilir.

Azərbaycanın hərbi əməkdaşlığı yalnız İsrail və Türkiyə kimi dövlətlərlə məhdudlaşmır, eyni zamanda dünyanın ikinci böyük iqtisadi gücü olan Çinlə də hərbi əməkdaşlıq mövcuddur.

Çinlə hərbi tərəfdaşlıq Azərbaycan ordusuna süni intellekt və robotlaşmanın sürətlənməsi istiqamətində inkişafı təmin edəcək".
 

Həbi ekspert Ədalət Verdiyev deyib ki, hərbi və təhlükəsizlik istiqamətləri dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdir. Bu istiqamətdə proseslərin böyük əksəriyyəti təhlükəsizliyin qorunması məqsədilə məxfi xarakterlidir.

O qeyd edib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan rəhbərliyi tərəfindən Türkiyə ordu modelinə keçidlə bağlı qərar qəbul edilib. Bu qərardan sonra ordunun həm silahlanmasında, həm də strukturunda mühüm və müsbət dəyişikliklər müşahidə olunmağa başlanıb:

“Struktur dəyişikliklərinin ən vacib cəhətlərindən biri ondan ibarət oldu ki, Azərbaycanda ilk dəfə olaraq Quru Qoşunları ayrıca struktur kimi formalaşdırıldı və bütün ordu birliklərinin vahid mərkəzdən idarə olunması təmin edildi. Hazırda Quru Qoşunlarına general Hikmət Mirzəyev komandanlıq edir.

Bundan əlavə, komando birlikləri yaradıldı. Əvvəllər hər istiqamətdə bir komando birliyi mövcud idisə, hazırda onların sayı mərhələli şəkildə artırılır. Artıq hər bir korpusun tərkibində bir neçə komando hissəsi fəaliyyət göstərir.

Ən ciddi dəyişikliklərdən biri isə silahlanma sahəsində baş verib. Azərbaycan artıq təkcə ənənəvi tərəfdaşlardan deyil, həm Avropa, həm Asiya ölkələrindən, eyni zamanda strateji müttəfiqləri olan Türkiyə və İsraildən uzaqmənzilli və yüksək texnologiyalı silahlar əldə edir. Ukrayna, Belarus və Rusiya istehsalı olan silahlardan isə faktiki olaraq imtina edilib.

Hazırda aviasiya vasitələri əsasən Pakistandan, pilotsuz uçuş aparatları Türkiyə və İsraildən, artilleriya sistemləri isə Türkiyə, İsrail və Avropa ölkələrindən, xüsusilə Serbiyadan alınır.

İlk dəfə olaraq Azərbaycanın silahlanmasında Çin istehsalı olan uzaqmənzilli HQ-9B hava hücumundan müdafiə sistemləri yer alıb.

Daha əvvəl isə Çin–Belarus birgə istehsalı olan “Polonez” reaktiv yaylım atəş sistemləri və digər reaktiv artilleriya vasitələri əldə edilmişdi.

Zəfər paradında, eyni zamanda, yeni nəsil “Predator HAFQ” operativ-taktiki raket kompleksləri, İsrail istehsalı olan “Ice Breaker” qanadlı raketləri, həmçinin yerli və xarici istehsala aid çoxsaylı zirehli texnika və artilleriya sistemləri nümayiş etdirildi.

Alınan silahların texniki göstəricilərinə, radiusuna və təyinatına nəzər saldıqda aydın olur ki, Azərbaycan hərbi doktrinasında ciddi dəyişikliklərə hazırlaşır. Bu silahlar artıq ölkə sərhədlərindən kənarda yaranan təhdidləri zərərsizləşdirməyə imkan verir.

Bu da onu göstərir ki, yeni hərbi doktrinaya əsasən Azərbaycan milli və dövlət maraqlarına yönələn hərbi təhdidləri təkcə sərhədlərdə deyil, daha uzaq məsafələrdə neytrallaşdırmaq niyyətindədir.

Digər mühüm məsələ yerli müdafiə sənayesi ilə bağlıdır. Hazırda 15-ə yaxın həm yerli şirkət, həm də xarici özəl şirkət Azərbaycanda silah istehsalı üçün lisenziya alıb. Ötən il ilk dəfə olaraq yerli müdafiə sənayesi 1,4 milyard manat dəyərində silah və sursat istehsal edib ki, bunun da 30 faizdən çoxu ixrac olunub. Qalan hissə isə Silahlı Qüvvələrin tələbatının ödənilməsinə yönəldilib.

Bundan əlavə, son iki il ərzində bu sahəyə ümumilikdə 1 milyard manata yaxın investisiya yatırılıb və bu vəsaitin yarıdan çoxu xarici sərmayədir. Hazırda dünyanın müdafiə sənayesi üzrə ilk yüzlüyə daxil olan bir sıra iri şirkətlərlə Azərbaycan arasında müqavilələr imzalanıb və istehsal prosesinə başlanılıb.

Böyük ehtimalla ilin sonuna doğru, xüsusilə də 2026-cı ildə keçiriləcək ADEX-2026 sərgisində həm yerli, həm də xarici tərəfdaşlarla birgə istehsal olunan yeni silah, sursat, texnika və avadanlıqlar nümayiş etdiriləcək.

Əməkdaşlıq məsələsinə gəldikdə isə Azərbaycanın bu sahədə ən yaxın və etibarlı tərəfdaşı Türkiyədir. İlk növbədə məhz Türkiyə ilə hərbi-sənaye əməkdaşlığı qurulub.

Bununla yanaşı, İsraillə də uzunmüddətli və birgə istehsala əsaslanan əlaqələr mövcuddur və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.

Türkiyə şirkətləri artıq Azərbaycanda fəaliyyət göstərir, birgə istehsal həyata keçirilir və bəzi məhsullar sınaq mərhələsindədir.

Eyni zamanda Çin, ABŞ və Avropa ölkələri ilə də danışıqlar aparılır. Bəzi istiqamətlər üzrə qərarlar qəbul edilsə də, konkret məhsullar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Sentyabrda keçirləcək ADEX-2026 sərgisində növbəti illərin strategiyasını izləmək mümkün olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri