Icma.az
close
up
RU
Şəxs həbs edilirsə, onun kredit borcunu kim ödəməlidir? KONKRET

Şəxs həbs edilirsə, onun kredit borcunu kim ödəməlidir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəxsin həbs edilməsi cəmiyyətdə tez-tez müzakirə olunan bir sualı aktuallaşdırır.

Bu halda onun bank qarşısındakı kredit öhdəlikləri hansı taleyi yaşayır? Kredit borcu dondurula bilərmi, yoxsa ödəniş məsuliyyəti başqa şəxslərin üzərinə düşür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, mövcud qanunvericilikdə həbs faktına görə kredit borcunun məcburi dondurulmasını nəzərdə tutan ümumi norma yoxdur. Onun sözlərinə görə, banklar belə hallarda əsasən müqavilə şərtlərinə və alternativ mexanizmlərə istinad edirlər.

Əkrəm Həsənov

“Əgər borcalan rəsmi nikahdadırsa və kredit ailə təsərrüfatına xərclənibsə, həmçinin həyat yoldaşının bundan xəbəri olubsa, bank ödəniş tələbi ilə həyat yoldaşına müraciət edə bilər. Lakin bu halda da bankın tələbi sübutlara əsaslanmalıdır”.

Əkrəm Həsənovun sözlərinə görə, kredit müqaviləsində zamin varsa, məsuliyyət birbaşa zaminin üzərinə düşür.

“Zaminlik edən şəxs bilməlidir ki, bank qarşısında borcalanla eyni hüquq və öhdəlikləri daşıyır. Borcalan ödəniş etmədikdə, bank borcu birbaşa zamindən tələb etmək hüququna malikdir”, – deyə ekspert vurğulayıb.

Ekspert əlavə edib ki, praktikada banklar tez-tez faizlərin artmasının qarşısını almaq üçün alternativ yol təklif edirlər. Belə ki, mövcud borcun bağlanması məqsədilə yeni kredit müqaviləsi tərtib olunur, yeni ödəniş qrafiki müəyyən edilir və bu dəfə borclu kimi başqa şəxs, məsələn, həyat yoldaşı və ya zamin çıxış edir.

Nəticə olaraq, mütəxəssis bildirir ki, həbs faktı kredit borcunun avtomatik dondurulması üçün əsas sayılmır və hər bir vəziyyət bankla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq fərdi qaydada həll edilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri