Icma.az
close
up
RU
2025 ci ildə dodaqlarda hansı rənglər hakim olacaq? İlin gözəllik trendləri

2025 ci ildə dodaqlarda hansı rənglər hakim olacaq? İlin gözəllik trendləri

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ildə dodaqlarda hansı rənglər hakim olacaq? - İlin gözəllik trendləri

Dodaq boyası makiyajda qadının gözəlliyini vurğulayan əsas kosmetik vasitələrdən biridir. Bununla belə, üz cizgilərinizi daha da cəlbedici göstərən və bütün makiyajla ahəng yaradan düzgün rəngi seçmək vacibdir. Bəs 2025-ci ildə hansı pomada çalarlarına diqqət yetirmək lazımdır? 

OLAY xəbər verir ki, bu ilin ən trend pomada rəngi kirəmit çalarları olacaq.

Kirəmit


Yeni ildə “terracotta lip no mascara”, yaxud da tuşsuz və kirəmit rəngli dodaqlar trendinin populyarlığı sürət qazanacaq. Beləliklə, makiyaj çantanızda hələ də kirəmit tonlarda pomada yoxdursa, dərhal belə bir pomada almağı məsləhət görürük - onsuz, gələn mövsümün ən dəbli makiyajını yarada bilməyəcəksiniz. Əgər isti rənglər istifadə edirsinizsə, tünd tonlarını sınaqdan keçirin. Qırmızı-qəhvəyi rəng olduqca çoxyönlüdür, həm gündəlik, həm də axşam makiyajı üçün əlverişli olacaq. Odur ki,  tutqun rəngli dodaq boyalarına üstünlük verməyi məsləhət görürük. Bu məhsullar uzun ömürlüdür, ona görə də makiyajınızın gün ərzində qalıcı olmasından narahat olmayacaqsınız.

Albalı


Soyuq qırmızı tonlara üstünlük verirsinizsə, albalı rəngli pomada düşünün. Klassik qırmızıdan daha dərin və zəngindir, buna görə də daha nəcib görünür. “Simone Rocha” şousundakı modellər kimi albalı rəngli pomadanı makiyajınızın yeganə vurğusu edə və ya dodaq makiyajınızı səliqəli, nazik oxlarla tamamlaya bilərsiniz. Bu tip makiyajda əsas detal dəri tonunuzu diqqətlə bərabərləşdirməkdir, əks halda dodaqlardakı soyuq qırmızı rəng dərinin bütün qüsurlarını üzə çıxara bilər.

Yarı çəhrayı


Əgər çox dəbdəbəli olmaq istəmirsinizsə, daha zərif rəng diapazonunda olan dodaq boyalarını diqqətlə nəzərdən keçirin. Demək olar ki, hər kəsə yaraşan universal bir seçim çəhrayı rəngidir. Dodaq boyasının teksturasını zövqünüzə görə seçin: bu, açıq rəngli balzam, krem pomada və ya parıldadıcı ola bilər. Retro makiyajda çəhrayını 1-2 çalar daha tünd qələmlə birlikdə istifadə etməyi təklif edirik. “Dolce & Gabbana” şousundakı modellər ən yaxşı nümunədir.

Nyud


Biz nyud rəngi kosmetika çantamıza mövsümdən mövsümə standart pomada kimi daxil edirik, çünki onun nə vaxtsa dəbdən düşdüyünü təsəvvür etmək çətindir. Bu barədə az adam bilir, amma düzgün nyud pomada seçmək, demək olar ki, qırmızı rəng seçmək qədər çətindir. Çaların sizdə təbii görünməsini və təbii gözəlliyinizi vurğulamasını təmin etmək üçün onu seçərkən bir çox amilləri nəzərə almaq lazımdır. Belə bir dodaq boyasını görünüşünüzə uyğunlaşdırmaq çətin olmayacaq. Siz həmişə gündəmdə olan “makiyajsız makiyaj” trendini təkrarlaya və ya “Gucci” şousunda göründüyü kimi dumanlı göz kölgəsi, rəngli tuş və ya klassik qara layner ilə gözlərinizi vurğulaya bilərsiniz.

Giləmeyvə

2024-cü ildən 2025-ə özümüzlə aparacağımız başqa bir trend giləmeyvəli dodaqlardır. Giləmeyvə çalarlarında parlaq pomadalarla makiyaj yaratmaq ilk baxışdan göründüyündən daha asandır. Temperatura uyğun bir çalar seçmək və onu makiyajınızda əsas bəzəyi kimi istifadə etmək vacibdir. Daha incə bir görünüş üçün “Ulla Johnson” modelləri kimi, "öpülmüş dodaqlar effekti" yaratmaq istəsəniz, kremli pomadalar istifadə edin. Görüşlər və ziyafətlər üçün ən cəlbedici seçimdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://olay.az
archiveBu xəbər 19 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri