2025 ci ildə dünyada təxminən 7000 humanoid robot satılıb
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mehin Qasımova,Banco.az
Beynəlxalq Robototexnika Federasiyası (IFR) 2025-ci ildə sənaye və peşəkar xidmət tətbiqləri üçün qlobal humanoid robotların satışını təxminən 7000 ədəd olaraq qiymətləndirib.
Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.
Təşkilatın baş katibi Syuzan Biller agentliyə bildirib ki, humanoid robotların sayı hələ də dünyadakı ümumi robotların sayının kiçik bir hissəsini təşkil edir. O qeyd edib ki, 2025-ci ildə satılan bir çox humanoid robotlar məhsuldar iş görmürdü:" Onlar tədqiqat institutları və şirkətlər tərəfindən süni intellekt modellərini təkmilləşdirmək üçün məlumat toplamaq məqsədilə alınıb".
IFR hesablaması təchizatçılardan və milli sənaye assosiasiyalarından alınan məlumatlara əsaslanır. Bura humanoid məişət və hərbi robotlar daxil deyil , tibbi robotlar da ayrıca təsnif edilir. IFR meyarlarına görə, humanoid robot insana fiziki bənzərlik daşıyan və insanlar üçün nəzərdə tutulmuş mühitdə avtonom şəkildə fəaliyyət göstərən robotdur. Robotun mütləq ayaqları olması vacib deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















