Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanına və “Saudi Aramco” milli neft şirkətinin obyektlərinə zərbələr endirdiyini iddia edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.
Bildirilib ki, husilər çoxsaylı ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatlarından istifadə etməklə altı əməliyyat həyata keçiriblər.
Bundan başqa, Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərində Milli Qvardiyanın düşərgəsinə də zərbələr endirildiyi iddia olunur. Hücumların hədəfində, həmçinin Yəmənin Əl-Cövf vilayətinin şərqində və Mərib vilayətində Səudiyyə qoşunlarının toplandığı ərazilər olub.
Husilərin iddiasına görə, əməliyyatlar nəticəsində çoxsaylı hərbçi həlak olub və yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 07 Noyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















