2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 29 may, AZƏRTAC
BMT-nin “Dünya əhalisinin perspektivləri” adlı hesabatına əsasən dünyanın ən yüksək orta ömür uzunluğu Monakoda qeydə alınıb. Bu il həmin ölkədə doğulan bir uşaq orta hesabla 87 il yaşaya bilər.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, gözlənilən ömür uzunluğu bütün yaş qruplarında ölüm səviyyələrinin cari ildəki kimi qalacağı təqdirdə, bir insanın ortalama neçə il yaşayacağının proqnozlaşdırılmış göstəricisidir.
Ən uzun ömür gözlənilən ilk on ölkə və ərazilər bunlardır: San-Marino – 86 il, Honqkonq, Yaponiya, Cənubi Koreya, Sen-Bartelemi – 85 il, Andorra, Fransız Polineziyası, İsveçrə, Avstraliya – 84 il.
Regional baxımdan ən yüksək ömür uzunluğu Qərbi Avropa ölkələrində qeydə alınır. Şərqi Avropa ölkələrində isə bu göstərici bir qədər aşağıdır.
Azərbaycanda bu il doğulan bir uşağın orta hesabla 80 il yaşaması proqnozlaşdırılır.
Digər tərəfdən, bir sıra Afrika ölkələrində bu göstərici 60 ildən aşağıdır. Ən aşağı orta ömür uzunluğu isə Nigeriyada müşahidə olunur – cəmi 55 il.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 29 May 2025 04:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















