“Fənərbaxça”da türkiyəli məşqçinin ilk zəfəri Emre tarixə düşdü
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
“Fənərbaxça” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Şaxtyor”u 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Emre Belözoğlu bu qələbə ilə klubun tarixinə düşüb.
46 yaşlı mütəxəssis “Fənərbaxça”nı Çempionlar Liqasında qələbəyə aparan ilk türkiyəli baş məşqçi olub.
Maraqlıdır ki, İstanbul klubunun turnirdə qazandığı son üç qələbə üç fərqli məşqçinin rəhbərliyi altında qeydə alınıb.
“Fənərbaxça” 2008-ci il aprelin 2-də Çempionlar Liqasının 1/4 finalında “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib. Həmin vaxt komandaya braziliyalı Ziko rəhbərlik edib.
İstanbul təmsilçisi növbəti qələbəsini 18 il sonra, bu il noyabrın 4-də qazanıb. “Liverpul” üzərində 3:2 hesablı qalibiyyət zamanı komandanın baş məşqçisi niderlandlı Dirk Kuyt olub.
Belözoğlu həmçinin “Fənərbaxça”nın heyətində həm futbolçu, həm də baş məşqçi kimi Çempionlar Liqasında iştirak edən ilk şəxs olub.
Qeyd edək ki, noyabrın 25-də Londondakı “Stemford Bric” stadionunda keçirilən “Şaxtyor” – “Fənərbaxça” matçı Çempionlar Liqasında iki türkiyəli baş məşqçinin üz-üzə gəldiyi ilk qarşılaşma kimi də tarixə düşüb. Ukrayna klubuna Arda Turan rəhbərlik edir.
Qvardiola: "İtaliyaya "yox" deməyə utandım" “Sabah” və “Fənərbaxça”nın oyunları bu kanallarda – TV AFİŞA Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Noyabr 2026 03:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















