Icma.az
close
up
RU
2025 ci ilin elmi kütləvi, mədəni maarif, təhsil proqramlarında hansı dəyişikliklər olacaq?

2025 ci ilin elmi kütləvi, mədəni maarif, təhsil proqramlarında hansı dəyişikliklər olacaq?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanıb)

2025-ci ilin elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının tətbiqi ilə bağlı Elm və Təhsil Nazirliyi, o cümlədən Təhsil İnstitutu tərəfindən müəyyən tədbirlər planı hazırlanır. Hazırda isə 2024-2025-ci ilin tədris ilinin başlanğıcında təqdim olunan tədris planının davamı aparılır.

2025-ci ilin elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarında hansı dəyişikliklər olacaq?

Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, əsas dəyişikliklər dərs vəsaitlərindən başlayır:

"Ola bilsin ki, növbəti tədris ilində müəyyən dərs vəsaitlərində dəyişikliklər öz əksini tapacaq. Ümumilikdə isə mədəni-maarif proqramlarının həyata keçirilməsi üçün təkcə Elm və Təhsil Nazirliyinin deyil, müəyyən qurumların da bu prosesə cəlb olunması vacibdir. Məsələn, efirlərdə, mətbuatda təhsilə, elmə səsləyən çağırışlar olmalıdır. Müəyyən elmi məqalələrə, həmçinin elmi-kütləvi və mədəni verilişlərə imkan yaradılmalı və daha çox bu istiqamətdə işlər görülməlidir”.

Ekspert hesab edir ki, vətəndaşlarda milli vətənpərvərlik ruhunun yüksəlməsi, o cümlədən elmə, təhsilə çağırış üçün müəyyən verilişlərin müxtəlif telekanallarda yayılması gələcək üçün müsbət məqamlara gətirib çıxara bilər:

"Ümumilikdə, istər pedaqoji heyətin, istərsə də elmlər namizədi və doktorlarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülsün. Tədris proqramlarından nələrin çıxarılması, nələrin daxil edilməsi məsələsində, düşünürəm ki, mütləq qaydada qəbul imtahanları proqramlarında dəyişiklik olunmalıdır. Fənlərin sayını minimallaşdırmaq daha məqsədəuyğun olardı. Burada abituriyentlər 6-7 fəndən deyil, ən azı 3 fəndən imtahan verməlidirlər. Qəbul proqramlarını da məhz bu istiqamətdə qurmaq mənə görə vacib olar. O cümlədən proqramlara daha çox informasiya texnologiyaları istiqamətində bilik və bacarıqların şagirdlərdə inkişaf etməsi ilə bağlı informatika fənnini daha çox dərs saatlarına əlavə etmək yaxşı olardı. Yaxud da digər fənlərin, məhz informatika inteqrasiya olunmuş formada tədrisi məqsədəuyğun hesab oluna bilər”.    

Elçin Əfəndi əlavə edib ki, müasir dövrün təhsil proqramları informasiya texnologiyaları ilə bağlı olmalıdır:

"Çünki biz hazırda elə bir dövrdə yaşayırıq ki, informasiya texnologiyaları sürətlə inkişaf edir. Və hazırda görünən ondan ibarətdir ki, bir neçə il sonra artıq süni intelektin vasitəsi ilə şagirdlərə daha çox bilik və bacarıqları ötürmək imkanına malik olacağıq. Bilik və bacarıqları əldə etmək üçün şagirdləri o cümlədən təhsil verənlərin, konkret olaraq texnologiya bilikləri yüksək olmalıdır. Müasir texnoloji alətlərdə sərbəst istifadə etmələri vacibdir. Təhsil proqramlarında bu amil mütləq nəzərdə tutulmalıdır”. 


Müəllimərə güzəştlərin edilməsinə gəldikdə isə Elçin Əfəndi düşünür ki, müəllimlər üçün ilk növbədə əmək haqqı məsələsi əsas prioritetlərdən olmalıdır:

"Müəllimlərin əmək haqları nə qədər yüksək olarsa, onların təhsilə qarşı maraqları da yüksək olar. Düzdür, bununla bağlı sertifikasiya keçirilir və orada müəyyən şərtlər daxilində 35% əmək haqqında artım, yaxud 10% əmək haqqı artımı nəzərdə tutulur. Amma təkcə sertifikasiyadan asılı olmadan əmək haqlarının artımını nəzərdə tuturam. Müəllimlərin ümumi əmək haqları artarsa, daha məqsədəuyğun olar. Təhsilin inkişaf etməsi və eyni zamanda ümumi pedoqoji heyətin təhsilə daha qidqətlə yanaşmaları baxımından deyirəm. Müəllimlərin digər sosial qayğısı mənzil məsələsidir. Bu istiqamətdə müəyyən güzəştlərin verilməsi, ən azı ipoteka şərtlərinin yüngülləşdirilməsi yaxşı olardı. Yaxud da müəyyən istiqamətlərdə, məsələn, sosial istiqamətlərdə və yaxud da nəqliyyatdan istifadədə, kommunal xidmətlər və s. kimi müəyyən güzəştlərin tətbiq olunması müəllimlər üçün qayğıdır. Təhsil İnkişaf Fondu tərəfindən müəllimlərə müəyyən güzəşt kartlarının verilməsi nəzərdə tutulur. Amma burada da məhdudiyyət var. Düşünürəm ki, güzəştlərin hər hansı alış-veriş məkanlarından istifadə etmək, yaxud da müəyyən muzeylər, mədəniyyət mərkəzlərinə giriş-çıxış zamanı tətbiq olunması deyil, sırf nəqliyyatdan istifadə, kommunal ödənişlər zamanı istifadəsi əksini tapmalıdır”.


Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see220

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see218

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see215

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see193

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see143

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see140

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see138

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see131

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see127

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see127

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see126

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see125

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

04 Noyabr 2025 10:00see122

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see121

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see121

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri