Icma.az
close
up
RU
2025 ci ilin sözü açıqlandı “Vibe Coding” nə deməkdir?

2025 ci ilin sözü açıqlandı “Vibe Coding” nə deməkdir?

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Süni intellektin sürətli yüksəlişi yalnız texnologiyanı deyil, dili də dəyişdirir. “Collins” lüğəti 2025-ci ilin “sözü” kimi “vibe coding” terminini seçib. Bu ifadə, proqramlaşdırma biliyi olmadan süni intellektə təlimat verərək proqram və ya vebsayt hazırlamaq prosesini təsvir edir.
Bakupost.az xəbər verir ki, lüğətin açıqlamasına görə, “vibe coding” bu ilin ruhunu, texnoloji tendensiyalarını və dilindəki yeniləşməni ən çox əks etdirən anlayışdır. İki sözlü bu termin proqramçının kodu əl ilə yazmaq əvəzinə, süni intellektə “tapşırıqla proqram yazma” funksiyasını ötürməsi deməkdir və bu proqramlaşdırmanı xeyli sadələşdirir.
Mənası ilk dəfə “OpenAI” şirkətinin həmtəsisçisi Andrey Karpatı bu ilin fevralında irəli sürüb. Onun sözlərinə görə, süni intellekt bəzi hallarda “proqramçının kodun varlığını belə unutduğu bir axın hissi” yaradır.
Sadə dildə desək, istifadəçi süni intellektə “həftəlik yemək planımı tərtib edən bir tətbiq yarat” kimi göstəriş verdikdə, sistem bu tapşırığı kodlaşdıraraq işlək proqram halına gətirir. “The Independent” yazır ki, “vibe coding” üsulu proqramlaşdırma bilikləri olmayan şəxslərə də sadə tətbiqlər hazırlamaq imkanı verir. Bununla belə, bu texnologiya hələ tam etibarlı və səhvsiz sayılmır.
Digər seçilən sözlər
“Collins” lüğətinin qısal siyahısına 2025-ci ilin mədəni və sosial atmosferini əks etdirən bir sıra yeni anlayışlar da daxil edilib:
• Clanker – “Ulduz müharibələri”ndə (“Star Wars”) robotları ifadə edən bu termin, “TikTok”da süni intellektlə işləyən cihazlarla bağlı narazılıqları əks etdirən paylaşımlarla yenidən populyarlaşıb.
• Aura farming – İnsanların kamera qarşısında ədalı görünmək üçün bilərəkdən nümayiş etdirdiyi davranış forması.
• Broligarxiya – Böyük texnoloji şirkətlərin sahiblərinin siyasi təsirini təsvir edən birləşmiş söz.
• Biohacking – İnsan orqanizminin təbii proseslərinə müdaxilə edərək sağlamlıq və ömür uzunluğunu artırmaq təcrübəsi.
• Coolcation – İsti bölgələr əvəzinə sərin iqlimli ölkələrdə istirahət etmə tendensiyası.
• Glaze – Birini həddindən artıq tərifləmək və ya süni şəkildə cuşa gətirmək mənasında işlədilən termin.
• Henry – Yüksək gəlirli, amma varlı olmayan insanları ifadə edən qısaltma.
• Micro-retirement – Qısa müddətlik iş fasilələri verərək şəxsi maraqlara və istirahətə yönəlmə praktikası.
• Taskmasking – İş mühitində məhsuldar görünmək üçün yaradılan davranış forması.
Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:300
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Noyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri