Icma.az
close
up
RU
2025ci ildə ən çox dəyər qazanan kriptovalyuta hansı olacaq?

2025ci ildə ən çox dəyər qazanan kriptovalyuta hansı olacaq?

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə kriptovalyutaların qiymətində böyük artımlar yaşandı, xüsusilə Bitkoinin 100 min dolları keçməsi kriptovalyuta bazarında sıçrayış oldu. Analitiklərin proqnozlarına görə, 2025-ci ildə kriptovalyutaların qiymətində artım gözlənir, amma bu artımın həcmi və istiqaməti müxtəlif faktorlardan asılıdır. Çünki kriptovalyutaların qiymətləri bazar təhlilinə, tənzimləyici qaydalara, texnoloji inkişaflara və qlobal iqtisadi şəraitə görə dəyişir. 2024-cü ildəki yüksək qiymətlər və artım tendensiyaları 2025-ci ildə də davam edə bilər, amma potensial risklər də mövcuddur.

Bəzi mütəxəssislər 2025-ci ildə kriptovalyutaların populyarlığının daha da artacağını proqnozlaşdırır. Bununla belə, dünyanın müxtəlif ölkələrində kriptoya qarşı tənzimləyici addımlar da qiymət dəyişikliklərini təsir edə bilər.

Bəs ən çox hansı kriptovalyutanın bahalaşması gözlənilir?

Bu barədə Moderator.az-a danışan   kriptovalyutalar üzrə araşdırmaçı, blokçeyn startapçısı, ATC Launchpad/ ATCP kriptovalyutasının yaradıcısı Ömər Qurbanəli bildirir ki, Bitkoinin qiymətinin bu il üçün 100 min dollar olacağı öncədən proqnozlaşdırılmışdı:

"Bitkoinin qiymət artımını stimullaşdıran faktorlardan biri, 11 birja fondunun (ETF) qərarları, həm də Halving hadisəsidir. Halving, mədənçilərin qazandıqları mükafatın azaldılması ilə əlaqəli bir mexanizmdir və bu, Bitkoinin qiymətinin artmasına səbəb olan bir amil olaraq qiymətləndirilir. Halving nəticəsində əvvəlki dövrlərdə Bitkoinin qiyməti qısa zamanda çox yüksək nisbətlərdə artmışdır. Məsələn, bir əvvəlki Halving zamanı Bitkoinin qiyməti 8 qat, bir il ərzində isə 22 qat artmışdı, lakin 69 min dollardan 15 minə düşməsi isə “Ayı sezonu” zamanında olmuşdu. Trampın  yenidən ABŞ prezidenti seçilməsi ilə Bitkoinin bir neçə gün içində 48 min dollardan 100 min dollara çatmasına səbəb oldu.

Bildiyiniz kimi, Bitkoin ilk kriptovalyutadır, "digital qızıldır", ana coindir.  Bütün sektor onunla tanınır və ona görə ayaqdadır. Bitkoin və digər kriptovalyutaların artan qiymətinin səbəblərindən biri də süni intelektin inkişafıdır. Blokçeyn texnologiyası, yalnız kriptovalyutaların əsasını təşkil etməkdə deyil, həm də müasir texnologiyaların inkişafını dəstəkləyir. Süni intellekt və digər qabaqcıl texnologiyalar, kriptovalyuta sektoruna marağı artırmışdır. Bitkoinin arxasında dayanmış blokçeyn texnologiyası, kriptovalyuta dünyasının gələcəyini formalaşdırır və bu texnologiya, müasir dövrün texnoloji dəyişikliklərinə uyğun olaraq özünü göstərir".

Ömər Qurbanəlinin sözlərinə görə, Bitkoinin daha da bahalaşmasında medianın da rolu böyükdür:

“Məsələn, Tramp “X” şəbəsində BTC- nin 100 min dollar olmasına görə təbrik paylaşıb. Ardı ilə bazarda yaranan boşluqla Bitkoin 104 min dollardan 90 minə düşdü, ancaq qəfl də toparlandı. Görünür, artıq insanların inamını itirmək istəmirlər, çünki irəlidə böyük “Buğa sezonu” və  altcoin rallisi var. Qarşıdan Milad tətili gəlir, Bitkoində bu müddət ərzində qiymətlərdə düşüşlər yaşana bilər. Gözlənilən isə “Altcoin sezonu”nun gəlməsidir. Bu dominatlığın altkoinlərə keçməsi ilə bir çox altkoinin ciddi dəyər qazanması deməkdir. Hər dəfə “Buğa sezonu”nda belə edirlər. Yəni  Bitkoini qaldırıb, sonra altkoinlərə keçid edirlər. Hansı altkoin mövsümə hazırdırsa, medianın diqqətində o  olur.  Gələn ilin birinci yarısı üçün proqnozlar 120K dollardır. Hazırda, “Ethereum” və süni intelekt proyektlərinin yüksəlişi gözlənilir.  Tramp hakimiyyətə gəldikdən sonar ABŞ  kriptopullar ilə bağlı ciddi qərarlar alacaq və bu gözləniləndir. Çünki hər dörd ildən bir olan Halvingdən bir il sonra buğa olur. Bu da  2025- də olmalıdır. Çox bahalaşmış kriptolara qarşı diqqətli olmaq lazımdı. Dogecoin ötən buğada 70 qat dəyər qazanmışdı, 14 qat dəyər itirdi. Dogecoin bu dəfə isə İlon  Maskın Trampın yanında olması ilə yenidən dünyanın gündəmindədir və artıq qısa zamanda 4,5 qat yüksəlib. Əgər dünyada ciddi müharibələr olmasa, əvvəlkindən daha gözəl bir “Buğa mövsümü” görəcəyik. Hətta, il sonuna Bitkoin 250 K ola bilər. Ancaq bazarı həm də futureslər tənzimləyir, ona görə də dəqiq tarixlər demək olmur və yatırım edərkən riskləri idarə etməyi bacarmaq lazımdı. Borc, kredit, sələm ilə bu sektora girmək doğru deyil. Kriptopullara olunan yatırım sizi narahat etməməlidir ki, buradan uğurlu çıxa biləsiz. "Digital gümüş" hesab edilən Ethereum kriptovalyutasının dəyəri 4000 dolları ötdü. Ümumiyyətlə, Bitkoindən sonra ikinci kripto olan ETH son bir ayda 70% bahalaşıb.“Ethereum”un bazardakı payı 483 milyard dollarla 13,3%- dır”.

Qeyd edək ki, Bitkoin (BTC) və Ethereum (ETH) bu gün də ən böyük bazar payına sahib olan və ən çox tanınan kriptovalyutalardır. Bu kriptovalyutaların gələcəkdə qiymətlərinin artması gözlənilir, çünki onlar həm təcrübəli investorlar, həm də yeni istifadəçilər tərəfindən geniş qəbul edilir.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri