Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“2025ci ildə sülh danışıqlarında yenilik olacaq”

“2025ci ildə sülh danışıqlarında yenilik olacaq”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Turan Rzayev: “Rəsmi Bakı kifayət qədər diplomatik uğur qazanıb”

Dünyada gərginlik günbəgün artır. Rusiya-Ukrayna savaşının yeni mərhələyə qədəm qoyması dünyanı təhdid edir. Əlbəttə, baş verənlər bölgəmizə də təsirsiz ötüşmür.

Politoloq Turan Rzayev baş verənlərlə bağlı “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb.

- Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olub. Xüsusilə baş verən son iki hadisə həm diqqət çəkir, həm də narahatlıq yaradır:

1.ABŞ, Fransa və Britaniya Ukraynaya ATACMS və digər raketlərdən istifadəyə icazə verdi;

2.Prezident Vladimir Putin Rusiyanın nüvə doktrinasını təsdiq etdi.

Ukrayna ordusu artıq ATACMS və Britaniya istehsalı “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirib. Rusiya isə nüvə silahından istifadə edəcəyinə dair xəbərdarlıq edir.

ABŞ, Fransa və Britaniyanın Ukraynaya verdikləri silahlardan istifadəyə razılıq verməsi onların birbaşa müharibəyə qoşulması mənasına gəlmir. Yəni müharibə yenə Rusiya və Ukrayna arasında gedir. ABŞ, Fransa və Britaniyanın bu addımı atmaqda həm kollektiv, həm də fərdi maraqları var. Lakin əsas məsələ “tamam, yoxsa davam” sualına cavab tapmaqdır.

Kiyev uzun müddət idi, ATACMS və digər bəzi silahlardan istifadəyə dair qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirdi. Hətta Rusiyaya effektiv cavab zərbəsi vura bilməmələrini də bununla əsaslandırırdılar.

Ukraynanın Rusiyadakı hərbi hədəfləri Qərbin uzaqmənzilli raketləri ilə vurmağa başlaması ilk vaxtlar effekt verəcək. Lakin bir müddət sonra rus ordusu bu hücumları da dəf edəcək və daha ağır cavab zərbəsi vuracaq. Bunu göstərən məqam isə Prezident Vladimir Putinin Rusiyanın nüvə doktrinasını təsdiq etməsidir.

Fikrimcə, Rusiya son ana qədər Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək. Kremlin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, nüvə silahından istifadə Rusiya tərəfindən son çarə hesab olunur. Rusiya həmişə nüvə silahına çəkindirmə vasitəsi kimi baxıb.

Nüvə silahından istifadə həm xərcli, həm də riskli addımdır. Söhbət tələfatın miqyasının böyük olmasında deyil, zərbənin ətraf ölkələrə ekoloji zərərindən gedir. Rusiyanın ehtimal nüvə zərbəsi ən yaxşı halda Çernobıl fəlakəti ilə eyni miqyasda faciə ilə nəticələnə bilər.

Moskva müharibəni Ukrayna hakimiyyəti ilə apardığını, xalqı ilə problemi olmadığını deyir. Belə bir hücumdan sonra bu arqument sıradan çıxacaq. Yəni Rusiya Ukraynanı əbədiyyən itirə bilər.

Moskva son ana qədər nüvə silahından istifadə etməyəcək. Lakin əvəzində ballistik raketlərdən istifadə etməyə başlayıb.

Rusiya Trampın ABŞ prezidenti səlahiyyətini icra etməyə başlamasını gözləyir. Yəni bu vaxta qədər radikal qərar verməsi real deyil. Putin Trampla ortaq məxrəcə gələ biləcəyini düşünür. Ən azından tərəflər arasında atəşkəs imzalana bilər. İndiki məqamda bu həm Rusiyaya, həm də Qərbə lazımdır.

- Dünyada getdikcə atrtan gərginlik bölgəmizə necə təsir edir?

- Cənubi Qafqaz hər zaman münaqişələrin müharibələrin olduğu bir region olub. Bu regionumuzun təbii sərvətləri ilə bağlıdır. Rusiya-Ukrayna mühairbəsi, İsrail-Hizbullah HƏMAS gərginliyi, İran-İsrail gərginliyi kimi məsələlər regionumuzada təsirsiz ötüşmür. Ümumiyyətlə münaqişələr domino effekti kimidir. Biri başladısa digərləri də başlayır.

Xoşbəxtlikdən işğala son qoymuşuq. Razılaşdırılmayan məsələlər isə sülh prosesi ilə həll edilir. Bunu bilən regionda marağı olan qüvvələr eskalasiya yaratmağa, gərginliyi artırmağa çalışırlar.

Təəssüf ki, hazırda dünya miqyasında üçüncü dünya mühairbəsi kimi konspiroloji iddialar yayılır. Mən, ümumiyyətlə Üçüncü Dünya müharibəsi barədə danışmağı mənasız hesab edirəm. Ümumiyyətlə, klassik mənada Üçüncü Dünya müharibəsinin başlayacağını gözləmirəm. Lakin hazırda dünya miqyasında “müharibələr zənciri” var və bunu ən yaxşı halda “kölgə Üçüncü Dünya müharibəsi” adlandırmaq olar. Üçüncü Dünya müharibəsindən danışmağımız üçün ən azından bundan öncəki iki müharibəyə nəzər yetirməli, niyə “dünya müharibəsi” dediyimizi analiz etirməliyik. Hətta Rusiya Ukryanada nüvə silahından istifadə etsə belə, bu, qeyd olunan tərzdə qlobal müharibəyə səbəb olmayacaq. Çünki təcrübə göstərir ki, bu tipli silahlar istifadə edildikdən sonra müharibə başlamır, əksinə bitir.

- Sülh danışıqları prosesində hazırki durumu necə dəyərləndimək olar?

- Cənubi Qafqaza qayıtsaq isə deyə bilərəm ki, hələlik sülhə daha yaxınıq. 30 il ərzində əldə etmədiyimiz bir naliyyət əldə etmişik. Bunu qorumalı sona qədər davam etdirməliyik.

Qeyd etdiyim kimi 30 il ərzində Ermənistan və Azərbaycan sülh prosesində bu qədər irəliləyiş əldə etməmişdi. Bu ciddi uğurdur. 2024-cü ildə sülh əldə edilməsə də 2025-ci il üçün ümidlər böyükdür.

Lakin təəssüf ki, İrəvan Bakının COP29-a qatılmaqla bağlı dəvətinə müsbət cavab vermədi. Halbuki bu sülh prosesində tarixi fürsət idi.

Ermənistan COP29 a qatılsa idi Azərbaycanda Ermənistanda keçiriləcək COP17 tədbirinə qatılacaqdı. Qeyd edim ki, bu BMT-nin Bioloji Müxtəliflik Konvensiyası (CDB COP) çərçivəsində keçirilən sammitdir. Ermənistan COP29-a qatılmadı. Halbuki rəsmi İrəvana dəvət göndərilmişdi. Hətta bu baş versə idi, COP29-un ən böyük hadisəsi ola bilərdi.

Ermənistan COP29-a qatılması hər şeydən öncə iki ölkə arasında etimad mühitini artırar, sülhə olan inamı bir az da gücləndirərdi. Bu baxımdan Ermənistan tarixi bir fürsəti əldən verdi.

Ermənistan COP29-a qatılmadığı kimi bunu rəsmi səviyyədə də açıqlamadı. Bu da öz növbəsində açıq suallar yaradır. İrəvanın tərəddüdü həm daxili siyasi vəziyyət, həm də xarici havadarlarının istəyi ilə ola bilər. Lakin görünən odur ki, İrəvan narahatdır. Xüsusilə də COP29-a qatılmamasını sülhə zərər verməsini istəmir.

Misal üçün, Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib ki, növbəti iclasda Ermənistan və Azərbaycan dövlət komissiyaları sərhədin hansı hissəsinin demarkasiyasına başlanacağına qərar verəcəklər.

O, xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar sərhədin hansı hissələrinin demarkasiyasının davam etdirilməsi ilə bağlı qarşılıqlı əsasda təkliflər vermək barədə razılığa gəliblər.

Göründüyü kimi, Paşinyan pozitiv mesajlar verərək, sülhün davam etməsini istəyir. Prinsip etibarilə Azərbaycan sülh gündəliyindən uzaqlaşmayıb.

Vəziyyəti gərginləşdirəcək əsas da yoxdur. Düzdür, Ermənistanın dəvətə müsbət, yaxud mənfi cavab verməməsi etimadı müəyyən qədər zədələyir, amma 30 illik danışıqlara baxdıqda hazırda gəlinən nöqtə də pozulmayacaq qədər qiymətli və mühümdür.

Mümkündür ki, ilin sonuna qədər sülh müqaviləsi imzalanmayacaq. Lakin 2025-ci ildə sülh danışıqlarında intensivləşmə və yenilik olacaq. Rəsmi Bakı bu il üçün kifayət qədər diplomatik uğur qazanıb. Münaqişə tarixində bu qədər irəliləyiş olmamışdı. Buna görə də proseslərin 2025-ci ildə davam etməsi istisna deyil.

- Qərbi Azərbaycan mövzusu Ermənistan, İran və Fransanı niyə narahat edir?

- İranın Ermənistandakı səfiri Mehdi Sübhanidən sonra Fransa səfiri Olivye Dekotini də Azərbaycanı hədəfə alan çıxışları ilə diqqət çəkir. Səfir Ermənistan mətbuatında yayımlanan müsahibələrində tez-tez Bakıya qarşı sərt və əsassız ittihamlar səsləndirir. Bir neçə gün öncə isə Dekotini İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşıb. Səfirin bununla Ermənistan ərazisinin Qərbi Azərbaycan adlandırılmasına etiraz etdiyi bildirilib.

Qərbi Azərbaycan məsələsinə baxış çox fərqlidir əslində. Yəni Ermənistan istəmir ki, azərbaycanlılar öz tarixi torpaqlarına qayıtsınlar. İran isə bunu bilərəkdən regionda sərhədlərin dəyişməsi məsləsi kimi təqdim edir və “qırmızı xətti” olduğunu bildirir. Digər tərəfdən Azərbaycanın Qərbi Azərbaycan mövzusu Tehranı Güney Azərbaycan faktoruna görə narahat edir. Fransa isə sırf Ermənistan və İranın dəstəyini alıb Azərbaycana qarşı blok yaratmaq istəyir. Buna görə də belə bir gediş edir.

- ABŞ-ın yeni hökuməti İranla bağlı necə siyasət yürüdəcək?

- ABŞ -ın İran siyasəti iki faktordan aslıdır:

1. İranın nüvə silahı əldə etməsi

2. İsrail İran gərginliyi

Tramp Baydendən fərqli olaraq ABŞ-ın fərqli regionlardakı fəaliyyətini doğru hesab etmir. O daha çox daxili siaysətə fokuslanıb işsizlik miqrant məsələlərini həll etmək daxili rifahı yüksəltmək istəyir. Lakin bu o demək deyil ki, Vaşinton əlini Yaxın Şərqdən çəkəcək.

ABŞ-in bir əli istəsə də, istəməsə də Yaxın Şərqdə olmalıdır. Digər tərəfdən İsrail İran proksilərini məhv etmək, İran hökumətini sıradan çıxarmaq, hətta parçalamaq istəyir. Təl-Əvəvinin bu məslədə geri addım atacağını düşünmürəm. Bu da o deməkdir ki ABŞ-İran münasibtləri gərgin olaraq qalacaq.

İbrahim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Noyabr 2024 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri