Icma.az
close
up
RU
2025ci ildə Ukraynada müharibəni ləyaqətlə başa çatdırmaq nə deməkdir? sabiq səfir

2025ci ildə Ukraynada müharibəni ləyaqətlə başa çatdırmaq nə deməkdir? sabiq səfir

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ukraynanın ABŞ və Fransadakı sabiq səfiri bunun diplomatik mənasını izah edib 

Ukrayna ərazisində sülhməramlı missiyaların yerləşdirilməsi üçün hansı şərtlərin mümkün olacağını indidən söyləmək çətindir.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ və Fransadakı keçmiş səfiri Oleq Şamşur telemarafon efirində səsləndirib. Məlumatı "glavred.info" nəşri yayıb.

Diplomatın sözlərinə görə, əsas məsələ Putinin irəliləməsini dayandırmaq və strateji təşəbbüsü ələ keçirməkdir.

"Müharibənin sonu təkcə müharibənin aktiv fazasının başa çatması kimi deyil, hər şeydən əvvəl Ukrayna və onun tərəfdaşları üçün məqbul şərtlər çərçivəsində başa çatdırılması baxımından vacibdir. Bunun üçün indi birgə səylərlə Putini dayandırmaq və strateji təşəbbüsü ələ keçirmək lazımdır", - Şamşur vurğulayıb.

O əlavə edib ki, əsas məsələ Putinin irəliləməsini dayandırmaq və strateji təşəbbüsü ələ keçirməkdir.

"Bu, danışıqların baş tutacağı təqdirdə Ukrayna üçün məqbul şərtlər çərçivəsində müharibəni başa çatdırmağa ümid və ya ən azı şərtlər yaradacaq. Şərtlər nə Ukrayna, nə də tərəfdaşları üçün alçaldıcı olmamalıdır", - diplomat qeyd edib.

Şamşurun sözlərinə görə, Ukrayna ərazisində sülhməramlı missiyaların yerləşdirilməsi üçün hansı şərtlərin mümkün olacağını indidən söyləmək çətindir. 

Onun fikrincə, sülhməramlı qüvvələr haqqında söhbət Trampın hələ tam formalaşmamış Ukrayna üçün sülh planının həyata keçirilməsi çərçivəsində gedir.

"Yəni söhbət demilitarizasiya zonasının yaradılmasından gedir. Mənim fikrimcə, bu, hələ də çox abstrakt və aydın olmayan bir anlayışdır", - o, qeyd edib.

Diplomat əlavə edib ki, sülhməramlı qüvvələrin mümkün variantlarını  təhlil edərkən nəzərə almaq lazımdır ki, sülhməramlılar Rusiyanın təxribatlarına və yeni hücumlarına müqavimət göstərməyə hazır olmalıdır.

"Tərəfdaşlarımız özlərinə sual verməlidir: onlar buna hazırdırmı? Yoxsa bu, sadəcə, gözəl bəyanatlardan ibarət olacaq? Xüsusən də biz görürük ki, bir bəyanatlar verilir, sonra isə digər açıqlamalar edilərək bu bəyanatlar praktiki olaraq heçə endirilir", - o, deyib.

"Əgər faydalı rol barədə danışırıqsa, bu, tamamilə konkret, yəni müqavimət göstərmək və Rusiya təcavüzkarlarının irəliləməsinin qarşısını almaqdan ibarət olmalıdır", - Şamşur vurğulayıb.

Diplomatın sözlərinə görə, Putin yalnız ABŞ-la danışıqlara hazır olduğu barədə siqnallar göndərir. Burada Ukraynanın hansı rolu oynayacağı çox vacibdir ki, "Ukrayna haqqında Ukraynasız heç nə" prinsipinə əməl olunsun.

"Bizim milli maraqlarımıza uyğun olmayan şərtlərlə müharibəni dayandırmağa məcbur edilməyə cəhdlər göstərilməməsi çox vacibdir", - Şamşur vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri