Icma.az
close
up
RU
2025ci ilin dövlət büdcəsi iqtisadi tərəqqi və güclü sosial siyasətlə tamamlanır

2025ci ilin dövlət büdcəsi iqtisadi tərəqqi və güclü sosial siyasətlə tamamlanır

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Bu amilin rolunu bu günümüzün reallıqlarını müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə daha aydın görürük. Ölkədə sabitliyin olmaması zəngin iqtisadi potensiala malik olan Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması iqtisadi inkişafı şərtləndirdi. Uğurlarımızın əsasında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Ötən bu illər Azərbaycanın dünyaya təkmil inkişaf modelini təqdim etməsi ilə xarakterizə olunur. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollar təşkil edir. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, möhkəm təməlin, Azərbaycanın uğurlu inkişaf strategiyasının nəticəsidir. Bu fikir daim dövlətimizin başçısı İlham Əliyev tərəfindən xüsusi qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar heç də onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını düzgün müəyyənləşdirməsi bu problemləri yaşamamasını təmin etdi. Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin edilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların davamlılığında özünün aydın ifadəsini tapır. Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, vətəndaş məmnunluğunun artırılmasına xidmət edən addımların davamlılığı həyata keçirilən sosial-iqtisadi siyasətin əsas tərkib hissəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili bu günlərdə Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən 2025-ci ilin dövlət büdcəsi layihəsi əsasında Azərbaycanın hazırkı iqtisadi və maliyyə imkanlarından geniş bəhs edərək bildirib ki, büdcə iqtisadiyyatın aynasıdır. Diqqət yetirdikdə qarşıdakı ilin dövlət büdcəsinin əvvəlki ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından zəngin olduğunu görürük. Bu, Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrətinin və maliyyə imkanlarının göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iqtisadi inkişaf modeli daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasında əhəmiyyətli rol oynayır. Bu qurumların proqnozlarında bu məqam xüsusi qeyd edilir ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla vəsait daxil olacaq ki, bu da əhalinin yüksək rifah şəraitinin daha yüksək olmasında, yoxsulluq probleminin tamamilə həllində özünün aydın ifadəsini tapacaq. Müqayisə üçün bəzi sosial-iqtisadi rəqəmlərə diqqət yetirək. Dövlətimizin başçısı İlham Əliyev istər 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində, istərsə də 7-ci çağırış Milli Məclisin ilk iclasında diqqəti bu göstəricilərə yönəldərək belə bir çağırışı səsləndirdi ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün iqtisadiyyat inkişaf etməlidir. Bu ilin sentyabr ayında keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirə Azərbaycanın bugünədək keçdiyi iqtisadi inkişaf yolunun təqdimatı oldu. 2003-cü ildə ümumi daxili məhsul 7 milyard dollar idi. 2023-cü ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollar oldu. Hazırda bu rəqəm 73 milyard dollardır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulun cəmi 9 faizini, ondan da az təşkil edir. Bu, sağlam maliyyə sistemimizin göstəriciləridir. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri qanunvericiliyin tələblərinə uyğun tərtib edilib. Gələn ilin dövlət büdcəsində müasir çağırışlara uyğun olaraq müdafiə və milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın reallaşdırılması məsələlərinə böyük diqqət göstərilir. Büdcə siyasətində iqtisadiyyatın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələrinin və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin yer alması xüsusi vurğulanmalıdır. 2025-ci ilin dövlət büdcəsinin sosialyönümlüyü bir daha təsdiqlənir. 2024-cü illə müqayisədə sosialyönümlü xərclərin, təhsil xərclərinin, səhiyyəyə ayrılan vəsaitin məbləği artırılıb. Ümumilikdə 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat məbləğində nəzərdə tutulur. 2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat məbləğində nəzərdə tutulmuşdu. 2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılmışdı.

“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda qəbul olunub. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Millət vəkili bildirib ki, Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi üçün möhkəm baza mövcuddur. Bu isə öz növbəsində əhalinin daha yüksək rifah şəraitində yaşamasına xidmət edən addımlarda əksini tapır. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Əməkhaqqının, pensiyaların, müavinətlərin artırılması, məşğulluq probleminin həlli, sosial xidmətin daha da təkmilləşdirilməsi və sair bunun təsdiqidir. Hər bir sosial layihə uğurla icra edilir. İqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulan 2025-ci ilin dövlət büdcəsindən ayırmalar qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see155

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see114

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see114

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri