Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

2025də 4 bürcü nələr gözləyir? Pul, işdə mübahisələr, yeni tanışlıqlar...

2025də 4 bürcü nələr gözləyir? Pul, işdə mübahisələr, yeni tanışlıqlar...

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hələ ötən ilin sonlarından etibarən müxtəlif elm sahələri 2025-lə bağlı proqnozlar verir. İqtisadi, siyasi sahədən tutmuş, astrologiyaya qədər insanlar onları nələrin gözlədiyindən xəbərdar olmaq istəyir. 

Ölkə.Az xəbər verir ki, azərbaycanlı astroloq Səbuhi Rəhimli də özünün yutub kanalında bürcləri bu il nələrin gözlədiyindən söz açıb.

Odur ki, 4 bürc üçün astroloqun çıxışını təqdim edirik:

Qoç

Ötən ilin sıxıntılı günlərini, eləcə də həll olunmamış problemlərini özünüzə dərd etməyin. Çünki ilanın gəlişi belə xoşagəlməzliyin təkrarlanmasına yol verməyəcək. Bunu elə ilin ilk həftəsində hiss edəcəksiniz. Bu vaxta qədər bürcünüz üçün gərgin keçən yanvar ayı təzə ildə tamamilə uğurlu olacaq. Rastlaşdığınız ağıllı adamlar sayəsində şəxsi həyatınız ideal bir istiqamətə yönələcək. Xüsusilə işlə bağlı müvəffəqiyyətləriniz misli görülməmiş həddə çatacaq. Ümumiyyətlə, 2025-ci il peşəyönümlü fəaliyyətdə və maddi durumunuzun dirçəlməsində böyük rol oynayacaq. Novruz bayramına qədər nəzərdə tutduğunuz planların ləng inkişafı sizi müəyyən qədər darıxdırsa da, baharın gəlişi, eyni zamanda bürcünüzün başlanması şanslarınızı birə beş artıracaq. Nəzərdən qaçırmayın ki, ilan ili taleyinizdə həmişə müsbət və əsaslı dönüş yaradan illər olub. Yəni ötən 12 ili, ondan əvvəlki 24 ili yada salsanız, bunun bariz nümunəsini görərsiniz. İş üslubunda dəyişiklik etməyin vacibliyini vurğulayan ulduzlar paralel fəaliyyəti məhdudlaşdırmağı məsləhət görür. Yəni bir neçə yerə calanmaq olmaz, konkret bir hədəfi götürməlisiniz. Yoxsa enerjiniz tez tükənər. Sevgi məsələlərində cərəyan edən proseslər zövqünüzü oxşayacaq. Təzə tanışlıqlar həyat eşqinizi artıracaq. Evlənmək planlarınızı sentyabrdan sonraya saxlamağınız yaxşıdır. Qazancınız çox olsa da, əldə etdiklərinizi boş məsrəflərə xərcləməməlisiniz. Çünki payızda pula böyük ehtiyac duyacaqsınız. İl ərzində yeganə narahatlığınız dost laqeydliyindən ola bilər. Bu səbəbdən münasibət qurarkən zahiri manevrlərə aldanmamalısınız. 

Buğa
Bürcünüz il ərzində məhəbbət adlı füsunkar bir nemətin ünvanına baş vuracaq. Hətta bəzi məqamlarda iş və karyera sevginin arxa fonunda qalacaq. Planetiniz olan Venera 2025-ci ilin sizin üçün romantik bir ərəfə olduğuna da təkan verəcək. Evlənənlər arasında daha çox sizin zodiakın nümayəndələri şanslı olacaq. Bəzən deyirlər ki, bu il filan bürcdən olanlar daha çox evlənəcək. Belə bir şey yoxdur. Sadəcə şanslılarınız Venera daha çox Buğa və Tərəzi üçün təkan verir. Amma bu şansdan hər insan istifadə etmir. Əgər planınız varsa, iyun-sentyabr ayları evlənmək üçün daha şanslıdır. İlin ilk 3 ayı fəaliyyətinizdə passivlik müşahidə olunacaq. Həmkarlarınızla mübahisələr, uğursuz cəhdlər, tabeçiliyində fəaliyyət göstərdiyiniz rəhbərlərlə pozulan münasibətlər ciddi görkəminizə bir az daa gərginlik gətirə bilər. Ulduzlar düzgün seçim etmədiyiniz təqdirdə işdən ayrı düşəcəyinizi də istisna etmir. Amma Buğalar ağıllıdır, adətən doğru seçim edirlər. 

Məyus olmağa dəyməz, Aprelin 2-ci yarısından etibarən düşdüyünüz yeni mühit düşüncələrinizə aydınlıq gətirəcək və şəxsi büdcənizin artmına xidmət edəcək.İl ərzində səhhətinizin də qaydasında olacağı görünür. Lakin avqust-noyabr aylarında ambulator müayinə götürməyinizə ehtiyac yaranacaq. Bu xəstəxanaya düşəcəyiniz mənasına gəlmir. İlan ili daxilinizdə hökm sürən qisasçılığı və kini unutmağınızı tələb edir. Əks təqdirdə buna görə cəzalana bilərsiniz. Zamanın nəbzini tutmağa çalışın. Vaxtilə etdiyiniz səhvlərə və ədalətsizliklərə görə, vicdanınız qarşısında ifadə verin. İyuldan etibarən dostlarınız get-gedə artacaq. Özünüzü təkliyə alışdırmayın. Ən azı ona görə ki, tənha Buğaların ürəyi tab gətirmir. Buğaların dostları sayca az olsalar da, çox yaxşı olurlar.

Əkizlər

Bürcünüzün 2025-ci il üçün astroloji mənzərəsinə nəzər salanda görünür ki, bu il özünüzə layiqli tərəfdaş, duyğulu dostlar, ideal sevginizə layiq tərəf müqabili tapmaq üçün səfərə çıxmalısınız və çıxacaqsınız. Hamıdan güclü, şanslı və enerjili olacaqsınız. Başınıza daha çox səmimi insanlar toplaşacaq. Bu isə ideallarınızın reallaşmasında sizə hədsiz kömək göstərəcək. İlan ilinin sizdən ən böyük təvəqqesi insanlara qarşı mülayimlik göstərməyinizdir. Kiminsə arxasınca danışmaq, şəxsi həyatına müdaxilə etmək sizə baha başa gələ bilər. İlin birinci yarısında çətinlikləriniz çox olacaq. Mənəviyyatı aşağı, fiziki imkanları geniş olan adamlar tərəfindən təzyiqə məruz qalacağınız gözlənilir. Belə məqamlarda mübarizə aparmaq yersiz olduğundan yalnız müdafiə mövqeyində durmalısınız. Ən azından ötəri bir dönəm olduğu üçün müdafiəyə çəkilmək səmərəlidir. Karyeranızda ciddi uğurlagözlənilməsə də, hər halda ötən ilkinə nisbətən daha perspektivli olacaq. Təxminən 2 dəfə iş yerinizi və iş üslubunuzu dəyişəcəyiniz gözlənilir. Maddi durumunuzadan isə qətiyyən narazılığınız olmayacaq. Məhəbbət sahəsində maraqlı günlər yaşasanız da, evlənmək üçün ideal vaxt olmadığını da bildirir. Bu o demək deyil ki, evliliyi təxirə salasınız, amma daha çox sevgini inkişaf etdirmək var, nəinki evlilik. İmkanı olanlar toyu bir il sonraya da saxlaya bilərlər. Küçədə və meydanlarda az görünməyə çalışın. Səhhətlə bağlı yeganə problem revmatik ağrılar olacaq. 

Xərçəng

Qarşıdan gələn ilan ilininin sonuna qədər ehtiyatlı olmalısınız. Tərslikdən ətrafınızda olan insanların əksəriyyəti mövqeyinizlə razılaşmaya bilər. Təbii ki, belə hallar nəzərdə tutduğunuz ideyaların reallaşmasında maneələr yarada bilər. Bürcünüz üçün ilin ən gərgin ərəfəsi mart, aprel və noyabr ayları olacaq. Yəni neqativlər bu 3 ay ərzində olacaq. Bu ərəfədə səbəbsiz yerə münaqişələrə cəlb olunma ehtimalınız var. Hətta münaqişələr qabararsa, polisə, məhkəmyə düşmə ehtimalınız da var. Odur ki, münaqişələri bacardığınız qədər sakit tərzdə həll etməlisiniz. Bu il inadkarlıq ən böyük düşməninizə çevriləcək. Digər vaxtlarda isə nikbin macəralı hadisələr bol olacaq. İlin ilk 2 ayında yüksək dairələrlə əlaqələrinizin genişlənməsi karyeranızın inkişafına xidmət edəcək. Göy qübbəsi bürcünüzdə mövcud olan intuisiyadan səmərəli istifadə etməyinizi məsləhət görür. Pulla bağlı problemləriniz ötən illə müqayisədə az olacaq. Sevgi məsələlərində hər şey zövqünüzlə vəhdət təşkil edəcək. İmkanınız yetmədiyi təqdirdə toy planlarınızı təxirə salsanız, yaxşıdır. 

S.Rəhimlinin digər bürclərlə bağlı çıxışı sabah yayımlanacaq.

Qeyd: Video yazıya Ölkə.az redaksiyası tərəfindən çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Yanvar 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri