Əzəli rəqibini geridə qoyub birinci oldu
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
UEFA və “France Football” nəşrinin birgə təşkil etdiyi, “Qızıl top” qazananlar arasında tarixin ən yaxşısını müəyyənləşdirən B.O.A.T. mükafatının qalibi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədə portuqaliyalı hücumçu Kriştiano Ronaldo əzəli rəqibi Lionel Messi və digər futbol əfsanələrini qabaqlayaraq birinci yerə layiq görülüb.
Azarkeşlərin 1 avro ödənişlə iştirak etdiyi onlayn səsvermədə Ronaldonun “Mançester Yunayted”də çıxış etdiyi dövrdə, 2008-ci ildə qazandığı “Qızıl top” zirvədə qərarlaşıb. Lionel Messinin 2012-ci ildəki mükafatı ikinci, Ronaldonun 2017-ci ildəki uğuru isə üçüncü olub.
Xatırladaq ki, layihə çərçivəsində azarkeşlər əvvəllər azı iki dəfə “Qızıl top” qazanmış 10 görkəmli futbolçu arasından səsvermə yolu ilə ən yaxşını seçiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 Oktyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















