2026 cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Araşdırmanın məqsədi iştirakçıların imtahan prosesini necə qavradığını və bu qavrayışa təsir edən psixoloji, sosial və informasiya amillərini öyrənmək olub.
Bu barədə AZXEBER.COM-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Əsas təhlil üç respondent qrupunu əhatə edib: cari ilin 18 717 məzunu, əvvəlki illərin 592 məzunu və qəbul imtahanından sonra sorğuda iştirak edən 839 respondent.
Bundan əlavə, 2026-cı il ərzində müxtəlif imtahanlardan dərhal sonra keçirilən 64 sorğuda ümumilikdə 15 494 iştirakçının rəyi öyrənilib.
Sorğular zamanı imtahan şəraiti, nəzarətçilərin fəaliyyəti, tapşırıqların anlaşıqlığı, texniki və təşkilati məsələlər, eləcə də ümumi imtahan təcrübəsi ilə bağlı fikirlər toplanıb.
Əsas sorğularda subyektiv çətinlik, anlaşıqlıq, etimad, stres, sosial təzyiq, imtahan və qəbul sistemi haqqında təsəvvürlər, həmçinin ixtisas seçiminə təsir edən amillər təhlil edilib.
Araşdırma imtahan təcrübəsinin yalnız tapşırıqların xüsusiyyətləri və çətinlik səviyyəsi ilə məhdudlaşmadığını, müxtəlif psixoloji və sosial amillərlə də əlaqəli olduğunu öyrənməyə imkan verib.
Təhlil zamanı imtahanın obyektiv çətinliyi ilə iştirakçıların onu subyektiv olaraq necə qiymətləndirməsi arasındakı fərqə də diqqət yetirilib.
Araşdırmanın nəticələri ilə buradan tanış ola bilərsiniz.
Baxış sayı:131
Bu xəbər 20 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















