Zelenski və Ərdoğan Taxıl dəhlizini müzakirə etdi
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəlib.
Gununesi.info xəbər verir ki, bunu Zelenski İstanbulda Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Ukrayna Prezidenti tərəflərin Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi və səmərəliliyinin artırılması istiqamətində birgə işləmək barədə razılaşdıqlarını qeyd edib.
“Məqsədimiz bu dəhlizin fəaliyyətini davam etdirməsini və səmərəli şəkildə işləməsini təmin etməkdir”, – Zelenski vurğulayıb.
O, həmçinin noyabrın ilk yarısında Ukrayna, ABŞ və Rusiya arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə hazırlıq getdiyini açıqlayıb.
Zelenskinin sözlərinə görə, Ərdoğanla görüşdə üçtərəfli danışıqlar formatının perspektivləri, Türkiyə və Avropanın prosesə cəlb olunması imkanları, eləcə də görüşlərin Türkiyədə keçirilməsi ehtimalı müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 31 Oktyabr 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















