2026 cı il Dünya Kuboku Meksikanın qələbəsi ilə başladı
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı il FIFA Dünya Kubokunun ilk oyun günündə ev sahibi Meksika və Cənubi Koreya qələbə qazanaraq turnirə uğurlu start veriblər.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mexiko şəhərində keçirilən açılış matçında Meksika millisi Cənubi Afrika üzərində 2:0 hesablı qələbə qazanıb. Qarşılaşma Dünya Kuboku tarixində nadir hadisə ilə yadda qalıb – oyunda ümumilikdə üç qırmızı vərəqə göstərilib. Cənubi Afrikadan Sphephelo Sithole və Themba Zwane, Meksikadan isə Sezar Montes növbəti oyunu buraxacaq.
Meksikanın qələbəsi həm stadionda, həm də ölkə daxilində böyük coşqu ilə qarşılanıb. Oyundan sonra meksikalı futbolçu Erik İra komandanın ölkəni təmsil etməyin məsuliyyətini dərk etdiyini və ilk dəqiqələrdən qələbə üçün mübarizə apardıqlarını bildirib.
Günün ikinci matçında isə Cənubi Koreya Çexiya üzərində 2:1 hesablı qələbə qazanıb.
Bununla da 19 iyul tarixində keçiriləcək finala qədər davam edəcək Dünya Kubokunun ilk günü başa çatıb. Turnirin növbəti oyunları ABŞ və Kanadada davam edəcək. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi mundial çərçivəsində ümumilikdə 104 qarşılaşma keçiriləcək.
Lətifə Abdıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 12 İyun 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















