Polşa klubu Bakıda “DH Volley”lə oyunun televiziyada göstərilməyəcəyini açıqladı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Polşanın “LKS Commercecon Lodz” klubu qadın voleybolçuların CEV Çelenc Kubokunda Azərbaycanın “DH Volley” komandası ilə Bakıda keçirəcəyi oyunun televiziya yayımının olmayacağını bildirib.
İdman.Biz xəbər verir ki, bu barədə Polşa klubunun rəsmi saytında dərc olunan məlumatda qeyd edilib.
Klub televiziya yayımının nəzərdə tutulmadığını vurğulayaraq azarkeşlərini Lodzda keçiriləcək cavab qarşılaşmasını tribunadan izləməyə çağırıb. Bakıdakı görüşün televiziyada göstərilməməsinin səbəbi isə açıqlanmayıb.
“DH Volley” ilə LKS arasında 1/16 final mərhələsinin ilk oyunu noyabrın 26-da Fövqəladə Hallar Nazirliyinin Bakıdakı İdman-Sağlamlıq Mərkəzində keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Komandaların cavab görüşü dekabrın 2-də Lodzda təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Noyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















