Icma.az
close
up
RU
2026 cı il nə ili ELAN OLUNACAQ...

2026 cı il nə ili ELAN OLUNACAQ...

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu siyasi, iqtisadi, sosial, mədəni, idman və mənəvi  prioritetlərinin müəyyənləşdirilməsi ilə seçilir. Hər il Prezident İlham Əliyevin sərəncamı ilə müəyyən bir sahəyə həsr olunur. Bu təşəbbüs həm dövlət siyasətinin əsas hədəflərini cəmiyyətə aydın göstərir, həm də insanların həmin sahəyə diqqətini artırır, eyni zamanda həmin istiqamətdə dövlət və vətəndaş təşəbbüslərini birləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, bu ənənənin əsası 2007-ci ildən qoyulub. Ölkə başçısının imzaladığı sərəncamlar dövlətin strateji istiqamətini göstərməklə yanaşı, milli-mənəvi dəyərlərə önəm verildiyini də nümayiş etdirir. Məsələn, "Sənaye ili" və ya "Könüllülər ili"nin elan olunmasında məqsəd bu sahələrin inkişafına diqqəti artırmaq idisə, "Nizami Gəncəvi ili" və ya "Heydər Əliyev ili" həmin görkəmli şəxslərin yubileyini qeyd etmək üçün idi.

“Multikulturalizm ili”nin elan edilməsi Azərbaycanın tolerantlıq dəyərlərini dünyaya tanıtmaq, müxtəlif din və millətlərin sülh içində yaşadığı ölkə obrazını daha da möhkəmləndirmək məqsədi daşıyırdı. “Nəsimi ili” isə elm, poeziya və humanizmin təntənəsi kimi yadda qaldı.
“Şuşa ili”nə gəldikdə, o, Qarabağın azad edilmiş mədəni paytaxtının 270 illiyinə həsr olunmuşdu.
Bu illərin elan edilməsi yalnız rəmzi xarakter daşımır. Hər belə qərardan sonra müvafiq dövlət proqramları, layihələr, tədbirlər və sosial təşəbbüslər həyata keçirilir. Dövlət başçısının sərəncamlarına əsasən, elan olunmuş illə bağlı keçiriləcək tədbirlər planı Prezident Administrasiyası və ya Nazirlər Kabineti tərəfindən hazırlanır. İl çərçivəsində ölkədə bir çox tədbirlər keçirilir, poçt markaları buraxılır.
İllərin tematik elan olunması ənənəsi artıq Azərbaycan üçün bir dövlətçilik simvoluna çevrilib. Hər yeni ilin adı Azərbaycanın sabahına bir mesaj, ya da yol xəritəsi kimi cəmiyyətə istiqamət verir.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda Prezident seçkilərinin keçirilməsinin ölkə miqyaslı tədbir olması ilə əlaqədar oxşar sərəncam imzalanmayıb.
Maraqlıdır, 2026-cı il nə ili elan olunacaq? Bu haqda qabaqcadan proqnoz vermək çətin olduğundan Prezidentin dekabrın sonlarında imzalayacağı sərəncamı gözləməyə məcburuq.
Azərbaycanda elan olunmuş illərin siyahısı:

2007-ci il - Gənclər ili;
2009-cu il - Uşaq ili;
2010-cu il - Ekologiya ili;
2011-ci il - Turizm ili;
2012-ci il - İdman ili;
2013-cü il - İnformasiya-kommunikasiya texnologiyaları ili;
2014-cü il - Sənaye ili;
2015-ci il - Kənd təsərrüfatı ili;
2016-cı il - Multikulturalizm ili;
2017-ci il - İslam Həmrəyliyi ili;
2018-ci il - Azərbaycan Xalq Cümhuriyyəti ili;
2019-cu il - Nəsimi ili;
2020-ci il - Könüllülər ili;
2021-ci il - Nizami Gəncəvi ili;
2022-ci il - Şuşa ili;
2023-cü il - Heydər Əliyev ili;
2024-cü il - Yaşıl dünya naminə həmrəylik ili;
2025-ci il - Konstitusiya və Suverenlik ili.

Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:381
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri