Icma.az
close
up
RU
2026 cı ilin ən populyar gənclik sözü seçilir: Crashout , Ragebait , yoxsa Peak ?

2026 cı ilin ən populyar gənclik sözü seçilir: Crashout , Ragebait , yoxsa Peak ?

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyada "Langenscheidt" nəşriyyatının ənənəvi olaraq təşkil etdiyi "İlin gənclik sözü" (Jugendwort des Jahres) müsabiqəsində 2026-cı ilin favoritləri açıqlanıb.

Kulis.az xəbər verir ki, həftələr boyu 11-20 yaş arası gənclərin səsverməsi nəticəsində "Crashout", "Ragebait" və "Peak" sözləri ilk üçlüyə daxil olub və ümumilikdə yüz minlərlə səs toplayıb.

Qalib söz şənbə günü Frankfurt Kitab Sərgisində elan ediləcək. Builki siyahıda ingilis mənşəli ifadələrin mütləq dominantlığı diqqət çəkir.

Favorit üçlük gənclərin dilində hansı mənaya gəlir?

Nəşriyyatın münsiflər heyəti ən çox səs toplayan (ümumi səslərin 43 faizi) ilk üçlüyün mənalarını belə izah edir:

Crashout: Kiminsə idarəetməni itirməsi, çılğınlaşması və ya emosional partlayış yaşaması deməkdir. Əksər hallarda həqiqi qəzəbi deyil, kiçik bir səbəbə verilən şişirdilmiş emosional reaksiyaları ironik şəkildə ifadə etmək üçün istifadə olunur.

Ragebait: Sosial mediada qəsdən qəzəb və reaksiya doğurmaq üçün hazırlanan məzmunları (provokativ şərhlər, yalan iddialar, absurd fikirlər) ifadə edir. "TikTok" və "İnstaqram" kimi platformalarda reaksiya "valyuta" rolunu oynadığı üçün, alqoritmlər bu cür manipulyativ məzmunları daha çox önə çıxarır.

Peak: İngiliscədə "zirvə" mənasına gələn bu söz gənclərin dilində ən yüksək səviyyəni anlatmaq üçün istifadə edilir. Bir şey "Peak"dirsə, bu, onun ən yaxşının da ən yaxşısı, mütləq zirvə və ya qısaca "10/10" olduğunu göstərir.

Türkcə "Süper" sözü və kənarlaşdırılan qalmaqallı ifadə

İlk onluğa həmçinin "TikTok" və rep trendi sayəsində populyarlaşan "67", səsvermələrdə daim iştirak edən, lakin heç vaxt qalib olmayan klassik "Digga", oyun dünyasından gələn və "mənim səhvimdir" mənasını verən "Schere", eləcə də "Macker" (sevgili/kanka) və "Gute Käse" (çox yaxşı/sağlam) kimi ifadələr daxil olub. Diqqətçəkən məqamlardan biri isə türkcə "Süper" sözünün Almaniyada ilk onluqda yer almasıdır. Bu söz bir ultramarafon qaçışçısının müsahibəsi zamanı verdiyi qısa və yorğun "Süper" cavabından sonra məşhurlaşıb.

Münsiflər heyəti bu il xeyli səs toplayan "Mehrzweckeier" sözünü isə yarışmadan kənarlaşdırıb. Hərbi xidmətin bərpasına qarşı etiraz aksiyasında yaranan və əslində bir siyasətçiyə qarşı təhqirə əsaslanan (orijinalda "Merz leck Eier") bu söz sonradan "Reddit" platformasındakı kampaniya nəticəsində formalaşdırılmışdı. Nəşriyyat sözün həm süni kampaniya məhsulu olması, həm də şəxsi təhqir ehtiva etməsi səbəbindən reqlamentə zidd olduğunu açıqlayıb.

"İlin gənclik sözü": Z nəsli və sosial medianın dilə təsiri

"Langenscheidt" lüğət nəşriyyatı 2008-ci ildən etibarən hər il gənclərin dilini və trendlərini əks etdirən "İlin gənclik sözü"nü seçir. Bu seçimlər müasir gəncliyin cəmiyyətə, texnologiyaya və əyləncəyə baxış bucağının ən dəqiq indikatorlarından biri hesab olunur. İlk qalib 30 yaşdan yuxarı şəxslərin partiyalarını lağa qoyan "Gammelfleischparty" (Köhnəlmiş ət partiyası) sözü olmuşdu. Sonrakı illərdə isə "Yolo" (you only live once) və "Swag" kimi qlobal sözlər bu ada layiq görülüb. 2026-cı ilin səsverməsi bir daha sübut edir ki, gənclərin gündəlik leksikonu artıq klassik küçə jarqonundan daha çox qlobal internet mədəniyyəti, kiber-slenq və xüsusilə "TikTok" alqoritmləri tərəfindən formalaşır. Almaniyada seçilən sözlərin əksəriyyətinin ingilis mənşəli olması da qloballaşmanın yerli dillərə təsirinin əyani sübutudur.

Ülvi Bahadır

Qəzza haqqındakı film Venesiyada alqış rekordu qırdı Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri