Icma.az
close
up
RU
2026 seçkiləri: Regional gərginlik Netanyahu üçün həm siyasi fürsət, həm də ciddi riskdir

2026 seçkiləri: Regional gərginlik Netanyahu üçün həm siyasi fürsət, həm də ciddi riskdir

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İsraildə bu il oktyabrın 27-də növbəti prezident seçkiləri keçiriləcək. Siyasi proseslərin gedişindən asılı olaraq erkən seçki ehtimalı da gündəmdə qalır.

2026-cı il seçkiləri İsrail üçün yalnız adi siyasi rəqabət anlamına gəlmir. Bu seçki təhlükəsizlik və liderlik məsələsinin həlledici mərhələsi kimi də qiymətləndirilir. Xüsusilə 2023-cü ilin 7 oktyabr hücumundan sonra yaranmış dərin təhlükəsizlik travması və davam edən regional risklər seçki mühitinə ciddi təsir göstərir.

Seçkilər yaxınlaşdıqca İran faktoru, daxildə artan sosial-iqtisadi narazılıqlar və təhlükəsizlik çağırışları Benyamin Netanyahu hökumətini getdikcə daha çətin vəziyyətə salır. Regional gərginlik, xüsusən İranla bağlı risklər və Qəzza-Livan xəttindəki qeyri-sabitlik, seçki kampaniyasının əsas mövzularından birinə çevrilib və seçici davranışına birbaşa təsir edir.

Bu şəraitdə əsas sual ondan ibarətdir ki, İsrail seçiciləri artan təhlükəsizlik riskləri fonunda daha sərt və radikal siyasi qərarlara üstünlük verəcək, yoxsa mövcud hakimiyyətə alternativ olaraq yeni siyasi yanaşmalar və liderləri ön plana çıxaracaq? Seçkilərin nəticəsi İsrailin yalnız daxili siyasi balansını deyil, həm də regional siyasətdə tutacağı kursu müəyyən edəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, İsraildə seçkilər yaxınlaşdıqca İran faktoru, regional gərginlik və daxili narazılıqlar seçki gündəmini birbaşa müəyyən edən əsas amillərə çevrilir. Onun sözlərinə görə, İranın nüvə proqramı, regional proksilər vasitəsilə İsrailə təzyiq imkanları və kiber-təhlükələr cəmiyyətdə təhlükəsizlik narahatlığını artırır. Bu fon Netanyahu iqtidarına ənənəvi üstünlük verən “təhlükəsizlik lideri” imicini ön plana çıxarmağa imkan yaratsa da, eyni zamanda hökumətin uzunmüddətli strategiyasının effektivliyi ilə bağlı sualları da gücləndirir:

“Daxildə isə sosial-siyasi parçalanma, məhkəmə islahatları ətrafında etirazlar, hərbi xidmət və koalisiya böhranları seçicilərin əhəmiyyətli hissəsində hökumətə etimadı zəiflədib. Bu narazılıqlar göstərir ki, təhlükəsizlik gündəmi təkbaşına artıq bütün seçiciləri səfərbər etməyə kifayət etmir. Xüsusilə şəhərli, orta təbəqə və gənc seçicilər üçün idarəçilik keyfiyyəti, hüquqi legitimlik və sosial sabitlik məsələləri daha çox önə çıxır”.

Vüqar Zifəroğlu: Təhlükəsizlik kartı bu dəfə cəmiyyətin mühüm hissəsi üçün tək həlledici faktor deyil

Müsahibimizə görə, mövcud mənzərə onu göstərir ki, İsrail seçicisi faktiki olaraq iki seçim arasında qalır:

“Bir tərəfdən regional risklər fonunda sərt və radikal təhlükəsizlik qərarlarına meyl, digər tərəfdən isə daxili siyasi alternativlərə, mərkəzçi və dəyişiklik vəd edən qüvvələrə maraq. Seçkinin nəticəsi əsasən hansı gündəmin - xarici təhlükə qorxusunun, yoxsa daxili narazılıqların - son mərhələdə daha dominant olacağından asılı olacaq”.

Zifəroğlu vurğulayıb ki, regional gərginlik Netanyahu üçün həm siyasi fürsət, həm də ciddi riskdir:

“Təhlükəsizlik kartı isə hələ də təsirlidir, lakin bu dəfə cəmiyyətin mühüm hissəsi üçün tək həlledici faktor deyil. Bu da seçkiləri əvvəlkilərlə müqayisədə daha qeyri-müəyyən və rəqabətli edir”.

Aynur Babazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri