Icma.az
close
up
RU
2027 ci il Avropa Oyunlarının proqramı bu il təsdiqlənəcək

2027 ci il Avropa Oyunlarının proqramı bu il təsdiqlənəcək

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Biz 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunlarının proqramını tamamlamaq üçün ciddi səylərimizi davam etdiririk”.

İdman.biz xəbər verir ki, bunu Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos deyib.

O, bu barədə Avropa İttifaqının Krakovda keçirilən İdman Forumunda danışıb: "Başa düşürük ki, Avropa Oyunları proqramında idman növlərinin mümkün qədər tez təsdiqlənməsi idmançılar, məşqçilər, federasiyalar və təşkilatçılar da daxil olmaqla, bütün maraqlı tərəflər üçün vacibdir. EOC İcraiyyə Komitəsi bu məsələ üzərində işləyir".

İlkin siyahı artıq razılaşdırılıb və ora 21 növ daxildir. Onların arasında sonuncu Avropa Oyunlarında olmayan güləş və gimnastika da var. Əvvəllər multiforumda təmsil olunmayan ağır atletikanın da siyahıda yer alması diqqəti çəkir.

Yarışların ilkin proqramına həmçinin cüdo, taekvondo, boks, atıcılıq, karate, atletika, qılıncoynatma, badminton, kamandan oxatma, voleybol, 3x3 basketbol, ​​triatlon, müasir beşnövçülük, üzgüçülük, avarçəkmə və stolüstü tennis daxildir. Siyahıda iki alternativ idman növü də var: sahildə avarçəkmə və yelkən idmanı.

Amma əslində idman növləri daha çox olacaq: nəzərə alsaq ki, məsələn, Bakıda və Minskdə keçirilən Avropa Oyunlarının gimnastika proqramına idman və bədii gimnastikadan tutmuş batutla tullanmaya, akrobatika və aerobikaya kimi bütün növlər daxil idi.

Bu məqamı təxminən bir ay əvvəl Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov da qeyd etmişdi: "Gimnastikanın yenidən Avropa Oyunlarının bir hissəsi olacağını elan etməkdən qürur duyuram! Biz indi növlər, rəqəmlər və təsnifat prosesinin müzakirəsi mərhələsinə qədəm qoyuruq. Əmin olun, məqsədimiz 2015-ci ildə Bakıda və 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında olduğu kimi altı növün hamısını siyahıya daxil etməkdir: kişilər və qadın idman gimnastikası, bədii gimnastika, batutla tullanma, akrobatika və aerobik gimnastika".

2027-ci il Avropa Oyunları proqramının ilin sonuna kimi təsdiqlənməsi gözlənilir.

Zəki Feyzullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri