Icma.az
close
up
RU
2027 ci ildə büdcə gəlirlərinin əsas istiqamətləri

2027 ci ildə büdcə gəlirlərinin əsas istiqamətləri

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Vergi, gömrük və digər yığımların həcmi artırılacaq

Məlum olduğu kimi Maliyyə Nazirliyi (MN) 2027-cı ilin dövlət büdcəsi layihəsini Nazirlər Kabinetinə təqdim edib. Eyni zamanda, “2027-ci ilin dövlət və icmal büdcələrinin  ilkin göstəricilərinə dair Açıqlama” sənədi ictimaiyyətə açlıqlanıb.

Büdcə sənədlərində əsas strateji baxış ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə qəbul edilmiş strategiya və dövlət  proqramlarının icrası üçün maliyyə təminatının yaradılmasıdır. Bu strateji yanaşmaya əsasən, ortamüddətli büdcə siyasətinin əsas məqsədlərindən biri kimi gəlirlər üzrə siyasətin daha da təkmilləşdirilməsi və optimallaşdırılmasıdır.

Həmin kurs üzrə 2027-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etməkdir. Bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.

Əsas məqsdələrdən biri biznes mühitinin fəaliyyətinin, investisiya qoyuluşunun  təşviqi və vergitutma bazasının genişləndirilməsidir.

Vergi Xidmətinin yığım proqnozu 18,4 milyard manatdan çoxdur

2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmaları 18 milyard 430 milyon manat həcmində proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 6,1 faiz çoxdur. Vergi orqanı tərəfindən toplanılacaq fiskal yığımlarda hüquqi şəxslərin mənfəət vergisi ən irihəcmli gəlir mənbəyi kimi müəyyən olunub. Həmin verginin həcmi 6,1 faiz artırılaraq 6 milyard 580 milyon manatdan 6 milyard 983 milyard manata yüksəldilib. Əlavə dəyər vergisinin proqnozu 4,9 faiz artımla gözlənilir ki, bu da cari ildəki 4 milyard 446 milyon manata qarşı 4 milyard 686 milyon manat deməkdir.

Gələn il fiziki şəxslərin gəlir vergisi 29 faiz artırılaraq 2,3 milyard manatdan 3 milyard manata çatdırılıb Sadələşdirilmiş vergi ödəyicilərinin öhdəliyi isə 8,9 faiz yüksəldilib ki, bu da hazırkı 429 milyon manata qarşı 467 milyon manatdır. Digər vergi proqnozu üzrə dövlət rüsumları 16 faiz artırılaraq 420 milyon manat (2026-cı ildə 262 milyon manat) səviyyəsində müəyyən edilib. Aksizlər üzrə vergilərin məbləği 5 faiz artımla 1 milyard 668 milyon manat proqnozlaşdırılır. Maraqlıdır ki, gələn il yol vergisinin proqnozu 8,2 faiz aşağı salınıb, cari il üzrə 334,4 milyon manat öhdəlik növbəti ildə 307 milyon manat fərz edilir.

2027-cı ildən etibarən muzdlu işlə bağlı gəlirlər və sosial sığorta ödənişləri üzrə mexanizmin tətbiqində də dəyişikliklər gözlənilir. Belə ki, 2027-ci il yanavrın 1-dən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən tutulan gəlir vergisinin həddi 5 faizə çatdırılacaq. Xatırladaq ki, bu rəqəm 2026-cı ildə 3 faiz intervalında götürülüb. Bu o deməkdir ki, növbəti ildə əməkhaqqından tutulan verginin faizi daha 2 dərəcə artacaq.

Vergi ödəyicilərinə münasibət yumşaldılacaq

Gələn il vergi siyasətində əsas prioritetləri kimi biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, real sektorun inkişafını  dəstəkləyən mexanizmlərin gücləndirilməsi və investisiya fəallığının təşviqi müəyyən edilib. Bu çərçivədə müddəti başa çatan vergi güzəşt və azadolmalarının müddətinin uzadılması, qeyri-neft sektorunun inkişafı məqsədilə nəticəyönümlü yeni güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur. Eləcə də vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi məqsədilə vergitutma  obyektlərinin daha dəqiq müəyyən edilməsi nəzərdə tutulur ki, bu çərçivədə uçot, hesabat və ödəmə intizamına nəzarət gücləndiriləcək. Vergi borclarının idarə olunması sahəsində əsas istiqamətlərdən biri isə ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqidir. Bu kursa əsasən, vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyiciləorinə münasibətin bir qədər yumşaldılması nəzərdə tutulur. Belə ki, vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlər müəyyən ediləcək. Bundan əlavə, müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi də nəzərdən keçiriləcək.

Gömrük yığımları 6,8 milyard manatı ötəcək

2027-ci ildə digər fiskal mənbə olan gömrük daxilolmalarının proqnozlaşdırılan həcmi 6 milyard 865 milyon manat nəzərdə tutulub. Həmin vəsaitin 68,5 faizi və ya 4 milyard 700 milyon manatın əlavə dəyər vergisinin payına düşəcək. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 1,05 faiz azdır. Digər gömrük yığımlarından aksiz vergisi 2,6 faiz artımla 240 milyon manat, yol vergisi 1,7 faiz artımla 61 milyon manat, dövlət rüsumu 2,5 faiz artımla 1 milyard 864 milyon manat proqnozlaşdırılır.

Büdcə gəlirlərinin təmin olunmasında Əmlak Məsələləri Dövlət Xidmətinin proqnozu 48 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 895 milyon manat, sair daxilolmalar 1 milyard 392 milyon manat gözlənilir. Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi isə 11 milyard 900 milyon manat həcmində nəzərdə tutulur.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Sentyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri