UEFA Avropa Liqasında 17 oyun: “Milan”, “Yuventus” və “Beşiktaş” meydana çıxır AFİŞA
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin dördüncü turuna 17 qarşılaşma ilə davam ediləcək.
İdman.Biz xəbər verir ki, oyunlar iki fərqli saatda başlayacaq.
Günün diqqətçəkən qarşılaşmalarından birində İtaliyanın “Milan” futbol komandası Macarıstanın “Ferentsvaroş” kollektivini qəbul edəcək.
İtaliyanın digər təmsilçisi “Yuventus” Niderlandda “AZ Alkmaar”ın qonağı olacaq. Almaniyanın “Bayer” (Leverkuzen) komandası Fransanın “Marsel” kollektivi ilə üz-üzə gələcək.
Türkiyənin “Beşiktaş” futbol komandası isə Şotlandiyada “Seltik”lə qarşılaşacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, dördüncü tur
5 noyabr
21:45 “Milan” - “Ferentsvaroş”
21:45 “Sparta” (Praqa) - “Bornmut”
21:45 “Kristal Palas” - “Hoffenhaym”
21:45 “Lillestrem” - “Viktoriya” (Plzen)
21:45 NEC - “Omoniya”
21:45 “Levski” (Sofiya) - “Yagelloniya”
21:45 “Real Sosyedad” - “Lion”
21:45 “Anderlext” - “Zalsburq”
23:59 “AZ Alkmaar” - “Yuventus”
23:59 “Bayer” (Leverkuzen) - “Marsel”
23:59 “Seltik” - “Beşiktaş”
23:59 “Hapoel” (Beer-Şeva) - “OFİ”
23:59 “Selta” - “Yunion Sent-Jilluaz”
23:59 “Torrense” - “Ararat-Armeniya”
23:59 “Şturm” - “Tselye”
23:59 “Benfika” - “Lex” (Poznan)
23:59 “Sanderlend” - “Dinamo” (Zaqreb)
Qeyd edək ki, dördüncü turun açılış oyununda noyabrın 4-də Fransanın “Renn” və Yunanıstanın “Olimpiakos” komandaları qolsuz heç-heçə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















