2027 ci ildə səyahət üçün dünyanın ən sakit 10 şəhər Hamısı Avropadadır
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
2027-ci ildə səyahət etmək üçün dünyanın ən sakit şəhərlərinin reytinqi hazırlanıb. Siyahının ilk onluğunda yalnız Avropa şəhərləri yer alıb. İlk üçlükdə Venesiya, Lissabon və Amsterdam qərarlaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Euronews” nəşri məlumat yayıb.
Reytinq səyahət sığortası üzrə ixtisaslaşmış “Avanti Travel Insurance” şirkəti tərəfindən hazırlanıb. Araşdırma zamanı “Euromonitor International” analitik şirkətinin 2025-ci il üzrə dünyanın ən populyar 100 şəhər turizmi istiqamətini əhatə edən siyahısı əsas götürülüb.
Şəhərlərin sakitlik səviyyəsi müəyyənləşdirilərkən mərkəzi ərazidən iki kilometr radiusda yerləşən əsas avtomobil yollarının uzunluğu, piyadalar üçün nəzərdə tutulan küçələrin sayı və digər göstəricilər nəzərə alınıb. Avtomobil yollarının az, piyada zonalarının isə çox olması şəhərin reytinqdə daha yüksək mövqe tutmasına imkan verib.
Bundan əlavə, ilk onluğa daxil olan şəhərlərdə səs-küyün azaldılmasına yönəlmiş qaydalar da araşdırılıb. Buraya gecə saatlarında uçuş məhdudiyyətləri, sakitlik saatları, nəqliyyatın hərəkətinə və bazar günləri ticarət fəaliyyətinə qoyulan məhdudiyyətlər daxildir.
Reytinqin liderləri
1. Venesiya, İtaliya
Reytinqdə birinci yeri Venesiya tutub. Şəhərin mərkəzindən iki kilometr radiusda cəmi iki kilometrə yaxın intensiv avtomobil yolu var. Bunun əksinə olaraq, avtomobillərin hərəkətinə bağlı olmayan küçələrin ümumi uzunluğu 170 kilometri ötür. Kanallar, tarixi meydanlar və dar küçələr şəhəri sakit gəzinti üçün əlverişli edir.
2. Lissabon, Portuqaliya
İkinci yerdə Lissabon qərarlaşıb. Portuqaliyanın paytaxtı araşdırmada intensiv avtomobil yollarının sıxlığının aşağı olması ilə seçilib. Bundan başqa, şəhərin hava limanında gecə uçuşlarına məhdudiyyətlər tətbiq olunur.
3. Amsterdam, Niderland
İlk üçlüyü Amsterdam tamamlayıb. Şəhərdə avtomobillərin hərəkətinə qapalı 30 kilometrdən çox küçə və kanalboyu gəzinti marşrutları mövcuddur. Müstəqil mağazalar, kafelər və mədəniyyət məkanları da turistlərə daha sakit istirahət imkanı yaradır.
Dünyanın ən sakit 10 şəhəri:
1. Venesiya – İtaliya
2. Lissabon – Portuqaliya
3. Amsterdam – Niderland
4. Barselona – İspaniya
5. Brüssel – Belçika
6. Afina – Yunanıstan
7. Sürix – İsveçrə
8. Milan – İtaliya
9. Florensiya – İtaliya
10. Stokholm – İsveç
Araşdırmada iştirak edən səyahət eksperti Sara Rodriqes Avropadan kənarda da sakit istirahət üçün bir sıra istiqamətləri tövsiyə edib. Onların arasında Vyetnamın Xoyan şəhəri, Keniyanın Lamu adası, ABŞ-ın Nyu-Meksiko ştatı, Braziliyanın Parati şəhəri və Yeni Zelandiyanın Nelson bölgəsi var.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 17 Noyabr 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















