Icma.az
close
up
RU
2035ci ilədək hər il 250 milyard dollar... COP29dakı təkliflə razılaşanlar da var, razılaşmayanlar da

2035ci ilədək hər il 250 milyard dollar... COP29dakı təkliflə razılaşanlar da var, razılaşmayanlar da

Icma.az, Bizimyol saytına istinadən bildirir.

2035-ci ilədək hər il 250 milyard dollar - COP29-da irəli sürülən bu təkliflə razılaşanlar da var, razılaşmayanlar da...

BMT-nin iqlim müzakirələrindəki saziş layihəsi zəngin dövlətləri 2035-ci ilə qədər 250 milyard dollar verməyə çağırır. Bunu "The Washington Post" (WP) yazıb. Məqalədə deyilir ki, bu təklif BMT-nin iqlim dəyişiklikləri üzrə konfransında irəli sürülüb. Bu, proqres sayılsa da, inkişaf etməkdə olan tərəflər bunu yetərli saymır.

COP29 diplomatları qlobal istiləşmədən əziyyət çəkən ölkələrə ildə 250 milyard dollar ödəməyi təklif edib. Layihədə o da deyilir ki, bu məqsəd üçün həm dövlətlərdən, həm özəl şirkətlərdən ildə 1,3 trilyon dollar vəsait toplanmalıdır.

Məqaıədə yazılır: "İnkişaf etməkdə olan ölkələr və bir çox iqlim fəalları yeni təklifi qeyri-kafi adlandırıblar. Lakin daha varlı ölkələrin nümayəndələri - əvvəllər iqlimin maliyyələşdirilməsi vədlərini yerinə yetirə bilməyənlər - evlərindəki seçicilərin reaksiyasına məruz qalmadan real məbləğə razılaşmağa çalışdıqlarını söylədilər. Danışıqlar ona görə çətinləşir ki, ABŞ-ın yeni seçilmiş prezident Donald Trampın rəhbərliyi altında hədəfə doğru pul ayırma ehtimalı azdır".

Müəlliflər yazır ki, son plan Çinin 250 milyard dollar hədəfinin əldə olunmasına yardım etməsinə qapı aça bilər. Hərçənd BMT iqlim dəyişmələri üzrə çərçivə konvensiyası Çini inkişaf etməkdə olan ölkə kimi təsnif edib. Bu ideyanın tərəfdarları qeyd edirlər ki, Çin hazırda dünyada atmosferə tullantı və ABŞ-dan sonra ən çox istixana qazını atmosferə atan ikinci ölkədir. Ancaq Çin rəsmiləri iddia edir ki, ödəmələr könüllü olmalıdır. Həm də Çin bildirir ki, 2016-cı ildən bəri Pekin ayrıca Cənub-Cənub İqlim Əməkdaşlığı Fonduna 24,5 milyard dollar səfərbər edib.

Son mətn bu fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib. Çin başqa inkişaf etməkdə olan ölkələri də "Cənub-Cənub" Fondu vasitəsilə ödəmələr etməyə çağırıb. İllik danışıqlar üzrə bəzi veteranlar iddia edir ki, bu planı qəbul etmək danışıqları nəticəsiz bitirməkdən yaxşıdır.

Yoxsul ölkələrin nümayəndələri bildirir ki, hətta ildə 250 milyard dollar nəzərdə tutulan məqsədlər üçün kifayət etməyəcək. Çünki bunun üçün trilyon dollarlar tələb olunduğunu düşünürlər. Həm də kasıb ölkələr bunu qrant formasında istəyirlər.

Tərəflər, ümumən, heç razılaşmamaqdansa, bu nəticə pis deyil deyə düşünür. Amma yenə də kasıb ölkələr narazılığını gizlətmir. Afrika danışıqçılar qrupunun sədri Əli Məhamməd: "2035-ci ilədək illik 250 milyard dollarlıq məbləğ qəbuledilməz və qeyri-adekvatdır",-deyə bildirib.

Orxan, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri