Icma.az
close
up
RU
İrəvanda daşnak liderin oğlu separatçı “prezident“lərdən birinin bağışladığı tapança ilə özünü güllələdi...

İrəvanda daşnak liderin oğlu separatçı “prezident“lərdən birinin bağışladığı tapança ilə özünü güllələdi...

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Oktyabrın 24-də İrəvanda növbəti dəfə güllə səsləri eşidilib. Saat 22:50 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İcma Polis Baş İdarəsinin Arabkir şöbəsinə Papazyan 21-ci binanın həyətində atəş açıldığı, xəsarət alanların olması barədə əməliyyat məlumatı daxil olub.

Moderator.az xəbər verir ki , Shamshyan.com-un yaydığı məlumat agörə, Arabkir polis şöbəsinə xəstəxanadan bir nəfərin güllə yarası ilə qeyd olunan yerdən xəstəxanaya aparıldığı barədə həyəcan siqnalı daxil olub.

Hadisə yerində polis əməkdaşları və patrul əməkdaşları tapança, qan izləri və 1 ədəd patron aşkar ediblər.

NEWS.am-ın məlumatına görə, Papazyan küçəsindən güllə yarası ilə xəstəxanaya çatdırılan şəxs "Daşnaksütyun" partiyasının eks-liderlərindən biri-  Hrant Marqaryanın oğludur.  Onun intihara cəhd etdiyi və hazırda xəstəxanada olduğu bildirilir.

Jurnalist Qaqik Şamşyanın sözlərinə görə, onun intihara cəhd etdiyi silah Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin qondarma "prezident"lərindən birinin ona verdiyi hədiyyə olub.

"Armlur" un məlumatına görə , güllə yarası ilə xəstəxanaya çatdırılan kişinin boğaz yarası var. Onun vəziyyəti çox ağırdır və Birinci Universitet Xəstəxanasının həkimləri gəncin həyatı üçün mübarizə aparır.

Moderator.az-ın araşdırmasından bəlli olub ki, Hrant Marqaryan indi də "Daşnaksütyun"un ən fəal liderlərindən sayılır. O, Xocalı canisi Serj Sərkisyanla çox yaxındır.  2016-cı ildə H.Marqaryan Xankəndində olub, o vaxtkı separatçı "prezident" Bako Saakyan və "Daşnaksütyun"un Qarabağ ofisini rəhbəri David İşxanyanla görüşüb. Hər iki separatçı hazırda Bakıda həbsdədir...

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Oktyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri