2050 ci ilə qədər dünyanın yarısı eynək taxacaq Həkimdən xəbərdarlıq
Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli oftalmoloq Dr. Tahsin Erdal Kabadere göz problemləri ilə bağlı önəmli məlumatlar verib.
Medicina.az xəbər verir ki, texnoloji cihazların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyini xatırladan Kabadere, bu vəziyyətin uşaqların göz sağlamlığına mənfi təsir etdiyini vurğulayıb. 0-3 yaşlı uşaqlar üçün ekran qarşısında tam qadağa tövsiyə olunsa da, gündə 1,5-2 saat günəş işığına məruz qalmağın miopiyanın irəliləməsini ləngitdiyini qeyd edib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünya əhalisinin yarısının 2050-ci ilə qədər miopiyadan əziyyət çəkə biləcəyi proqnozlaşdırılır.

Pandemiya dövründə ekran istifadəsinin əhəmiyyətli dərəcədə artdığını xatırladan Dr. Kabadere, miopiyanın ən vacib ətraf mühit səbəblərindən birinin intensiv mavi işığa məruz qalma olduğunu bildirdi.
"Texnologiyanın inkişafı ilə demək olar ki, hər evdə mobil telefon, planşet və ya kompüter var. Uşaqlar evdə vaxtlarını açıq havada keçirmək əvəzinə ekranların qarşısında keçirirlər. Bu, miopiya riskini əhəmiyyətli dərəcədə artırır", - deyə Kabadere bildirib və əlavə edib ki, son illərdə miopiya daha gənc yaşlarda da görünməyə başlayıb.
Mütəxəssis valideynlərin uşaqlarının göz sağlamlığında mühüm rol oynadığını vurğulayaraq xəbərdarlıq edib: “0-3 yaşlı uşaqlara qətiyyən planşet, telefon və ya kompüter göstərilməməlidir. 3-6 yaşlı uşaqlar üçün yarım saat, 6 yaşından sonra isə maksimum bir saat ekran vaxtı uyğundur. Ailələr uşaqlarını məşğul və ya sakit saxlamaq üçün ekran cihazlarına müraciət etməməlidirlər”.

Kabadere günəş işığının miopiyanın inkişafını ləngitdiyinin elmi cəhətdən sübut olunduğunu bildirərək deyib:
“Uşaqların hər gün ən azı 1,5-2 saat açıq havada vaxt keçirmələrini tövsiyə edirik. Bu, həm göz əzələlərinin inkişafı, həm də miopiyanın inkişaf sürətini azaltmaq üçün son dərəcə vacibdir”.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarını xatırladan Kabadere deyib:
“Hazırda dünya əhalisinin təxminən 30 faizi miopiyaya meyllidir. Bu göstəricinin 2050-ci ildə 50 faizə çatacağı gözlənilir. Yüksək miopiyaya malik şəxslərdə qlaukoma, torlu qişanın ayrılması və makula degenerasiyası kimi ciddi xəstəliklərin inkişaf riski daha yüksəkdir. Miopiya dərəcəsi nə qədər aşağı saxlanılırsa, bu xəstəliklərin baş vermə ehtimalı bir o qədər aşağı olur.”
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 Dekabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















