Icma.az
close
up
RU
21 ci əsr, deyəsən, Çin əsri olacaq! Fərhad Mehdiyev

21 ci əsr, deyəsən, Çin əsri olacaq! Fərhad Mehdiyev

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycanın regionda öz təsirliliyini artırması üçün Çinin dəstəyini alması vacibdir

Azərbaycan ilə Çin arasında münasibətlər son illər ardıcıl və dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və beynəlxalq platformalardakı qarşılıqlı dəstək bu əlaqələrin davamlı möhkəmlənməsini təmin edib. Strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli səviyyəyə yüksəldilməsi isə bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təsdiqləyir.

Azərbaycan və Çin bir-birilərini etibarlı və uzunmüddətli tərəfdaş kimi görməklə yanaşı, bu münasibətləri qarşılıqlı maraq və hörmət prinsipləri əsasında formalaşdırır. İki ölkə arasında artan enerji, nəqliyyat, logistika və humanitar əməkdaşlıq, regional və beynəlxalq təşəbbüslər çərçivəsində daha sıx inteqrasiyaya imkan yaradır. Bu baxımdan, Azərbaycan-Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi yalnız ikitərəfli münasibətlərin deyil, həm də “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında regional əhəmiyyət daşıyan strateji əməkdaşlıq modelinin formalaşmasının göstəricisidir. Cənab Prezident İlham Əliyevin Çinə budəfəki səfəri Azərbaycan-Çin münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu və hər iki ölkənin qarşılıqlı maraqlar əsasında əməkdaşlığını daha da gücləndirmək əzmində olduğunu göstərir. Bu səfər, regional və qlobal miqyasda strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir. Orada imzalanan sənədlər ölkələrimiz arasında əlaqələri yeni mərhələyə çıxaracaq. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Çinlə münasibətləri daha da dərinləşdirməsi, həm geosiyasi  müstəvidə mövqelərimizi gücləndirəcək, həm də iqtisadiyyatımıza böyük töhfələr vermiş olacaq.

Azərbaycan-Çin əlaqələrini şərh edən politoloq Fərhad Mehdiyevin “Sherg.az”a açıqlamasına görə, prezidentin Çin səfəri sadəcə ticari əlaqələri artırmaq məqsədi güdmür: 

“Görünür ki, prezident də qərar verib ki, bundan sonra supergüc olaraq ABŞ geridə qalır, Çin onu qabaqlayır. Həqiqətən də, ABŞ-nin əsas qabaqcıl olduğu sahədə - silah sənayesində - Çin də kifayət qədər irəliləyir və inanın ki, 5 il sonra artıq ABŞ-nin silah endustriyası Çindən qabaqda olmayacaq. Trampın başlatdığı ticarət müharibəsindən sonra, qarşıma Çinə aid reklamlar çıxır və orada da əsas mesaj budur ki, biz ABŞ-ni bir çox sahədə qabaqlayırıq, məsələn, robototexnikada. Habelə Azərbaycanın regionda öz təsirliliyini artırması və rəqiblərinə qarşı maraqlarda uduzmaması üçün ya rəqiblərdən (məsələn, Ermənistandan) əvvəl, ya da onlardan (məsələn, İrandan) az olmamaq şərtilə Çinin dəstəyini alması vacibdir. Eyni şeyi kommunikasiya koridorları baxımından qeyd etmək vacibdir. Dəniz koridorlarından başqa quru koridorları da Azərbaycan (İran deyil) üzərindən keçməsi bizim marağımızdadır.  Digər tərəfdən Çində əmək gücünün bahalaşması, ölkəmizə qanunsuz işçi miqrantlarının gəlməsinə səbəb olmayacaq, bu baxımdan vizasız gediş-gəliş bizim vətəndaşlara daha çox sərf edir”. 


Çin investisiyasına diqqət çəkən politoloq hesab edir ki, əmək gücünün bahalı olmadığı Azərbaycana Çin investisiyasının gəlməsi məntiqlidir: 

“Orta Asiya respublikalarında olduğu kimi; oralarda ən iri investor elə Çindir. Gürcüstanda da Çinin ciddi sənaye investisiyaları var. Qısası, 21-ci əsr, deyəsən, Çin əsri olacaq!”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see284

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see270

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see267

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see267

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see265

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see262

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see262

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see240

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see239

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see237

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see234

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see231

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see227

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see220

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see220

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see216

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see214

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see208

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see191

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri