Icma.az
close
up
RU
Bir vaxtlar ifadə edilən 21 ci əsr türk əsri olacaq proqnozu özünü doğruldub Jalə Əliyeva

Bir vaxtlar ifadə edilən 21 ci əsr türk əsri olacaq proqnozu özünü doğruldub Jalə Əliyeva

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısının sabah yenidən Azərbaycanda keçirilməsi, şübhəsiz ki, mühüm əhəmiyyət kəsb edir. Son illərdə bu cür görüşlərin bir neçə dəfə məhz Azərbaycanda, xüsusilə də Qarabağda, Şuşada baş tutduğunu bilirik. İndi isə növbəti görüş Qəbələdə keçiriləcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısının Qəbələdə keçirilməsinin əhəmiyyətindan danışarkən bildirdi.

"Təşkilata üzv ölkələrin dövlət başçıları artıq Qəbələyə toplaşırlar. Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafında Prezident İlham Əliyevin birbaşa təşəbbüsləri, atdığı cəsarətli və prinsipial addımlar mühüm rol oynayıb. Bu günə qədər təşkilat böyük inkişaf yolu keçib. Hazırda Türk Dövlətləri Təşkilatına üzv ölkələr diplomatik, siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq edirlər. Bu ölkələri birləşdirən əsas amillər ortaq dil, din, mədəniyyət və tarixi köklərdir. Bu gün təşkilat gələcəyə inamla irəliləyir. Bir vaxtlar "21-ci əsr türk əsri olacaq" deyə ifadə edilən proqnozun nə qədər doğru olduğu artıq aydın şəkildə görünür. 21-ci əsrin insanları olaraq gündəlik hadisələrdə bu birliyin təsirini açıq şəkildə müşahidə edirik".

Millət vəkili qeyd etdi ki, türk birliyi, sözün əsl mənasında, bu gün həm region, həm də dünya miqyasında əhəmiyyətli rol oynayır:

"Təbii ki, bu birliyi qısqanan, onun qarşısını almağa çalışan qüvvələr, ölkələr və təşkilatlar da mövcuddur. Lakin belə bir birliyin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi güclü liderlərin rəhbərliyi ilə inkişaf etməsi, onların ortaq səyləri ilə möhkəmlənməsi, təşkilatın qarşıya qoyduğu hədəflərə doğru daha inamla irəliləməsinə zəmin yaradır. Hazırda ortaq əlifba, dil, tarix, mədəniyyət, maddi-mədəni abidələr və digər mövzular ətrafında mütəmadi şəkildə müzakirələr aparılır, əlaqədar qurumlar səviyyəsində görüşlər keçirilir. Bu istiqamətdə həyata keçirilən işlər türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir", - deyə Jalə Əliyeva bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri