21 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi bəlli oldu
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Şamaxı" klubunun təcrübəli çalışdırıcı Ayxan Abbasov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, uzun müddətdir bir neçə mütəxəssislə danışıq aparan AFFA yekun qərarını verib.
Milli assosiasiya onlar üçün prioritet olan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovla hərtərəfli razılığa gəlib. 43 yaşlı çalışdırıcı ilə hətta müqavilə də imzalanıb. Bu təyinat AFFA İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənəcək.
Anlaşmaya əsasən, Abbasov ilkin mərhələdə "Şamaxı"dakı işini də davam etdirəcək. O, ən azı mövsümün sonuna qədər Premyer Liqa klubuna rəhbərlik edəcək. Yayda üçtərəfli görüş olacaq və Abbasovun iki, yoxsa bir komandada yoluna davam edəcəyi dəqiqləşdiriləcək.
Qeyd edək ki, Ayxan Abbasov "Şamaxı"dan əvvəl "Zirə", "Sumqayıt" və "Turan Tovuz"u da çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















