Icma.az
close
up
RU
21 yaşlı oğlan onunla barışmaq istəməyən sevgilisinə xəsarət yetirdi

21 yaşlı oğlan onunla barışmaq istəməyən sevgilisinə xəsarət yetirdi

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda 21 yaşlı oğlan parkda keçmiş sevgilisinə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Böyükşor parkında baş verib. İmişli rayon sakini, 2004-cü il təvəllüdlü Bəxtiyar parkda keçmiş sevgilisi İlahə ilə söhbət edib. 
Söhbət zamanı o, keçmiş sevgilisi ilə barışmaq istəyib. Amma qız barışmaq istəməyib. Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə qızın üz nahiyəsindən bir dəfə vurub. 
Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən 21 yaşlı oğlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyib. 
Bəxtiyar bildirib ki, İlahə ilə təxminən 7-8 ay öncə sosial şəbəkədə tanış olublar: “Sonradan aramızda sevgi münasibəti yarandı. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar tez-tez mübahisə etdiyimiz üçün ayrıldıq. Sonra yenidən barışdıq. Hadisə baş verən günü görüşmək qərarına gəldik. Həmin tarixdə saat 21 radələrində Böyükşor parkında görüşərək oturacaqda söhbət etməyə başladıq. İlahənin mobil telefonunu götürərək baxmağa başladım. İlahə isə telefonunu geri istəyərkən istəmədən bir dəfə əlim ilə onun burun nahiyəsindən zərbə vurdum. Onun burnundan qan gəldi. Həmin zaman ətrafda heç kim olmayıb. Bilmədən onu vurmuşam”. 
İş üzrə zərərçəkmiş İlahənin sözlərinə görə, Bəxtiyar ilə təxminən 7-8 ay öncə sosial şəbəkədə tanış olublar: “Sonradan aramızda sevgi münasibətləri yarandı. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar tez-tez mübahisə etdikləri üçün təxminən məlum hadisədən 1 ay əvvəl ayrılmışıq. Məlum hadisə günü, axşam saatlarında Bəxtiyar zəng edərək barışmaq üçün görüşmək istədi. Həmin tarixdə saat 21 radələrində Böyükşor parkında görüşdük və oturacaqda oturaraq söhbət etməyə başladıq. Bu zaman Bəxtiyar telefonumu götürərək baxdı. Sonra telefonumu geri istədim. Qaytarmadıqda isə aramızda mübahisə yarandı. Bəxtiyardan telefonu almaq istəyən zaman əli ilə bir dəfə  burun nahiyəmdən vurdu. Burnumdan qan gəldi. Sonra isə oradan getdik. Daha sonra isə evdə anam vəziyyətimi bilərək hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdi”. 
Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyar 1000 manat miqdarında cərimə edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri