Icma.az
close
up
RU
Nəsimi rayonunda Aşihara Karate Üslubu üzrə turnir keçirilib

Nəsimi rayonunda Aşihara Karate Üslubu üzrə turnir keçirilib

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəsimi rayonunda Aşihara Karate Üslubu üzrə turnir keçirilib


Bakının 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilməsi ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasına, gənc nəslin sağlam ruhda böyüməsinə böyük təkan verir. Bu əlamətdar hadisə münasibətilə ölkə daxilində silsilə idman tədbirləri keçirilməkdədir. Növbəti kütləvi və təntənəli yarışlardan biri uşaqlar, yeniyetmələr və gənclər arasında Aşihara Karate üslubu üzrə keçirilən Nəsimi rayon turniri olmuşdur.
7 noyabr 2026-cı il tarixində “Cüdo Klubu 2012”-nin idman arenasında baş tutan yarış Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektoru ilə Aşihara Karate Klubu İctimai Birliyinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının yaxından dəstəyi ilə baş tutmuşdur. Tədbirin yüksək səviyyədə təşkil olunmasında Azərbaycan Karate Federasiyasının Aşihara Karate Üslubunun sədri Şahin Bağırovun xüsusi rolu və təşkilati dəstəyi təqdirəlayiqdir.
Turnirin keçirilməsində əsas məqsəd, uşaq, yeniyetmə və gənclər arasında idmanın, xüsusilə döyüş sənəti olan karatenin geniş yayılması, genofondun qorunması və gənc nəslin fiziki sağlamlığının təşviq edilməsi, idmançıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, respublika və beynəlxalq yarışlar üçün perspektivli idmançıların üzə çıxarılması və yarış təcrübələrinin zənginləşdirilməsi olmuşdur.
Yarış günü idman arenasında əsl idman həyəcanı yaşandı. Gərgin mübarizə, güclü iradə, əzmkarlıq və qələbə əzmi ilə yadda qalan turnirdə hər döyüş bir təcrübə, hər zərbə bir mübarizə, hər qələbə isə böyük zəhmətin bəhrəsi oldu. İdmançıların inamı, məşqçilərin taktiki dəstəyi və zalda hökm sürən emosional anlar yarışa xüsusi ruh qatdı.
Tədbirdə vurğulandı ki, bu günün qalibləri yalnız fəxri kürsüyə qalxıb medal qazananlar deyil, tatamiyə çıxaraq mübarizə aparan, öyrənən və özünü inkişaf etdirən bütün idmançılardır.
Yarış zamanı Azərbaycan Karate Federasiyasının Aşihara Karate Üslubunun sədri Şahin Bağırov yarışın yüksək səviyyədə təşkilinə, gənclərin idmana həvəsləndirilməsinə göstərdikləri hərtərəfli dəstəyə və əməkdaşlığa görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan Karate Federasiyasının rəhbərliyinə və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektoruna dərin minnətdarlığını bildirdi.

Turnirin yekununda öz çəki dərəcələrində və yaş qruplarında fərqlənən qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olundular. Keçirilən bu turnir gənc karateçilərin gələcək böyük zəfərləri üçün növbəti uğurlu pillə oldu.

Murad Şahməmmədov (Şahmurad)

https://www.youtube.com/shorts/A0Ngak5uDSM

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 09 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri