Aİ 95 markalı benzinlə bağlı mühüm proqnoz Yaxın Şərqdəki gərginlik...
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaxın Şərqdə gərginliyin artması dünya enerji bazarına da təsirsiz ötüşmür. Regionda mümkün hərbi eskalasiya ilə bağlı narahatlıqlar fonunda neftin qiymətində yüksəliş müşahidə olunur. Bu vəziyyət Azərbaycanda da yanacaq bazarı ilə bağlı müəyyən suallar doğurur. Xüsusilə, xaricdən idxal olunan Aİ-95 markalı benzinin qiymətinin artması ehtimalı gündəmə gəlir. Bəs dünya bazarında neftin bahalaşması Azərbaycanda Aİ-95 benzininin qiymətinə necə təsir edə bilər? Bu markalı benzinin bahalaşması üçün real iqtisadi zəmin varmı?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında neftin bahalaşması Aİ-95 markalı benzinin qiymətinə müəyyən təzyiq yarada bilər:

"Çünki bu markalı benzin Azərbaycanda istehsal olunmur, əsasən xaricdən idxal edilir. Onun qiyməti beynəlxalq neft məhsulları sektorundakı konyunkturadan, xüsusilə də Avropa bazarındakı benzin qiymətlərindən, logistika və təchizat xərclərindən asılıdır. Lakin xam neftin bahalaşması Aİ-95-in qiymətinin avtomatik olaraq artacağı demək deyil. Burada neft emalı zavodlarının istehsal həcmi, hazır məhsula tələb, ixrac məhdudiyyətləri və regiondakı geosiyasi risklər də mühüm rol oynayır. Yaxın Şərqdə münaqişənin genişlənməsi neftlə yanaşı, yanacaq daşımalarının təhlükəsizliyinə də təsir göstərsə, idxal qiymətləri daha da yüksələ bilər. Belə vəziyyətdə Azərbaycana gətirilən Aİ-95 benzininin maya dəyərinin artması ehtimalı var. Bununla belə qiymət artımının baş verib-verməyəcəyi və hansı həcmdə olacağı idxal müqavilələrindən, təchizat mənbələrindən və daxili qiymət siyasətindən asılıdır. Yəni hazırkı şəraitdə bahalaşma üçün müəyyən iqtisadi zəmin formalaşa bilər, amma bunu qaçılmaz qiymət artımı kimi qiymətləndirmək düzgün olmaz".
Müşviq Tofiqoğlu
Azpolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Noyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















