Icma.az
close
up
RU
2200 cü ildə Yer kürəsi: İşlər gözləniləndən də pis ola bilər

2200 cü ildə Yer kürəsi: İşlər gözləniləndən də pis ola bilər

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyanın Potsdam İqlim Təsirləri Araşdırma İnstitutunun (PIK) alimləri bildirir ki, hətta karbon emissiyaları orta səviyyədə qalsa belə, 2200-cü ilə qədər Yer kürəsinin orta temperaturu 7°C arta və bu isə insanlıq tarixində görünməmiş problemləri ortaya çıxara bilər.

Qaynarinfo "Environmental Research Letters" jurnalında dərc olunan araşdırmaya istinadön xəbər verir ki, belə bir temperatur artımı kənd təsərrüfatına ciddi təsir edərək əkin sahələrinin məhsuldarlığını azalda bilər. Bir çox bitki bu cür yüksək temperaturda inkişaf edə bilməyəcəyi üçün qlobal ərzaq çatışmazlığı və aclıq riski artacaq. Bununla yanaşı, buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olacaq və sahilyanı bölgələrin tərk edilməsini qaçılmaz edəcək. Havanın istiləşməsi quraqlıq, isti hava dalğaları, meşə yanğınları, tropik qasırğalar və daşqınlar kimi ekstremal hava hadisələrinin daha tez-tez baş verməsinə gətirib çıxara bilər.

Mövcud dövrdə yay aylarında təhlükəli isti hava dalğaları ilə qarşılaşan bölgələr nəzərə alındıqda, temperaturun bu dərəcədə artmasının təsirləri daha aydın görünür.

Araşdırmanın baş müəllifi Kristin Kaufhold əldə edilən nəticələrin karbon emissiyalarının sürətlə azaldılması və atmosferdən uzaqlaşdırılması istiqamətində təcili tədbirlərə ehtiyac duyulduğunu göstərdiyini bildirir. Onun sözlərinə görə, hətta aşağı və orta səviyyəli emissiya ssenarilərində belə maksimum temperatur gözləniləndən daha yüksək ola bilər. Bu isə hazırkı iqlim siyasətlərinin kifayət qədər təsirli olmadığını göstərir.

İstixana qazları, o cümlədən karbon dioksid (CO₂) və metan əsasən fosil yanacaqların yandırılması nəticəsində atmosferə buraxılır. Bununla yanaşı, bu qazlar vulkan püskürmələri, heyvan və bitkilərin tənəffüsü kimi təbii proseslərdən də qaynaqlanır. Buna görə də karbon emissiyalarının azaldılmasına yönəlmiş texnologiyaların inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Araşdırma zamanı PIK alimləri CLIMBER-X adlı yeni kompüter modelindən istifadə edərək gələcək qlobal istiləşmə ssenarilərini simulyasiya ediblər. Bu model atmosfer və okean şəraiti kimi fiziki, bioloji və geokimyəvi prosesləri birləşdirir, eyni zamanda metan kimi güclü istixana qazlarının təsirini də nəzərə alır. Araşdırmada emissiya səviyyələrinin aşağı, orta və yüksək olduğu üç fərqli ssenari "Paylaşılan Sosial-İqtisadi Yollar" (SSP) əsasında qiymətləndirilib.

Alimlər bildirir ki, karbon dövriyyəsində baş verən geri qayıtma mexanizmləri iqlim dəyişikliyini daha da sürətləndirə bilər. Məsələn, yağışlı havalar tez alışan otların sürətlə böyüməsinə səbəb ola bilər və bu otlar quruduqda meşə yanğınlarının yayılmasını asanlaşdırır. Digər bir nümunə kimi, yağış suyunda həll olunan CO₂-nin qayaları aşındıraraq atmosferdəki karbon dioksid səviyyəsini artırması göstərilir.

Bu cür mexanizmlər hazırda buraxılan istixana qazlarının gələcəkdə Yer kürəsinin temperaturuna uzunmüddətli təsir göstərə biləcəyini göstərir. Buna görə də yalnız emissiyaları azaltmaq deyil, eyni zamanda bu geri qayıtma dövrlərini idarə etmək də vacib bir məsələyə çevrilir.

Araşdırmanın həmmüəllifi Matteo Villeit qeyd edir ki, Paris İqlim Anlaşmasının hədəflərinə çatmaq üçün emissiyaların azaldılması gözlənildiyindən daha sürətli həyata keçirilməlidir. Əks halda, hətta indi emissiyalar tamamilə dayandırılsa belə, 2200-cü ilə qədər Yer kürəsinin əlavə 3°C istiləşmə ehtimalı 10% olaraq qiymətləndirilir.

Bu araşdırma, iqlim dəyişikliyinə qarşı təcili tədbirlərin görülməsinin vacibliyini və daha dayanıqlı bir gələcək üçün daha təsirli strategiyalara ehtiyac olduğunu bir daha nümayiş etdirir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Mart 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri