225 nömrəli məktəbdə REAL TV nin əməkdaşlarına hücum oldu VİDEO
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin əməkdaşlarına hücum olub.
Modern.az xəbər verir ki, bu barədə telekanalın əməkdaşı Mahir Məmmədli feysbuk hesabında paylaşım edib.
Bildirilib ki, hadisə zamanı operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
"Xəbər verildiyi kimi, oktyabrın 28-də həmin məktəbin 7-ci sinif şagirdi olan qız dərs zamanı pəncərədən yıxılıb. Telekanalın əməkdaşları hadisə ilə əlaqədar məktəbə gediblər. Orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. Hadisə nəticəsində operatorumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əməkdaşlarımız dərhal DİN-in 102 xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslərə qarşı məsuliyyət tədbirləri görülür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Oktyabr 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















