Fransanın keçmiş baş naziri de Vilpen prezident seçkilərində namizədliyini irəli sürəcək
Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.
2005-2007-ci illərdə bu vəzifədə olmuş Fransanın keçmiş baş naziri Dominik de Vilpen 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
"Fransanın bu tənəzzülü, bu məğlubiyyət instinkti, getdikcə bizi ələ keçirən bu ölüm ruhu - bütün bunlar məni bu gün sizə elan etməyə vadar edən səbəblərdir: 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyimi irəli sürürəm", - siyasətçi Parisdə mətbuat konfransında deyib.
De Vilpen 2002-ci ilin mayından 2004-cü ilin martına qədər Fransa Xarici İşlər Nazirliyinə rəhbərlik edib və ABŞ-ın İraqda başlatdığı müharibədə Fransanın iştirakına qarşı Jak Şirakın (1995-2007-ci illərdə respublika prezidenti) mövqeyini müdafiə edib. 2004-cü ilin martından 2005-ci ilin mayına qədər o, daxili işlər naziri vəzifəsində çalışıb, daha sonra 2007-ci ilin may ayına qədər ölkə hökumətinə rəhbərlik edib.
Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-nə təyin edilib.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Noyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















