Icma.az
close
up
RU
24 saat keçmədən 10 min sifariş

24 saat keçmədən 10 min sifariş

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

FAW-Volkswagen ortaqlığı ilə inkişaf etdirilən və Çin bazarında 11 min 900 dollardan (təxminən 593 min TL) başlayan qiymətlərlə satışa çıxarılan tam elektrikli Jetta M6 modeli, 555 kilometrə qədər mənzil məsafəsi və süni intellekt təchizatları ilə ilk 19 saat ərzində 10 mindən çox təsdiqlənmiş sifariş alıb.

“Yeni Sabah” xəbər verir ki, Volkswagen qrupu tərkibində Çin bazarında müstəqil bir marka olaraq fəaliyyət göstərən Jetta, ilk tam elektrikli sedan modeli olan M6-nı rəsmi olaraq bazara çıxardı. Oktyabrın 22-də satışa açılan avtomobil, 11 min 900 dollarlıq başlanğıc qiyməti və 555 kilometrə çatan mənzil tutumu ilə 24 saat tamam olmamış 10 minlik səddi gerçəkdə qət etdi.

19 saatda 10 min satış FAW-Volkswagen ortqlığında “Jiesi” elektrikli avtomobil arxitekturası əsasında istehsal olunan Jetta M6, satışa çıxarıldıqdan sonra 19 saat ərzində 10 mindən çox ilkin ödənişli sifariş qeydə aldı. Açıqlanan rəqəmlərin, istehlakçıların 3.000 ilə 5.000 yuan (təxminən 450-650 dollar) arasında geri qaytarılmayan beh ödəyərək təsdiqlədiyi alışları əhatə etdiyi bildirildi. 2019-cu ildən bəri daxili yanma mühərrikli modellər istehsal edən Jetta markası, bu model ilə birlikdə ilk dəfə tam elektrikli avtomobil segmetinə addım atdı. Sezar pizza

Ön çəkişli arxitektura ilə istehsal olunan avtomobil bazarda üç fərqli təchizat paketi ilə təklif olunur: Jetta M6 465 Pro: 79.800 yuan (təxminən 11.900 dollar), 113 kW (152 at gücü) güc, 230 Nm tork, 42.9 kWh LFP batareya, CLTC standartına görə 465 kilometr mənzil və 8.3 saniyəlik 0-100 km/saat sürətlənmə müddəti. Jetta M6 555 Max: 89.800 yuan (təxminən 13.400 dollar), 145 kW mühərrik gücü və genişləndirilmiş mənzil paketi. Jetta M6 555 Ultra: 99.800 yuan (təxminən 14.900 dollar), 145 kW (194 at gücü) güc, 260 Nm tork, CALB istehsalı 51.9 kWh batareya, CLTC standartına görə 555 kilometr mənzil və 6.8 saniyəlik 0-100 km/saat sürətlənmə müddəti. Yüksək təchizat paketlərində batareyanın doluluq səviyyəsi sürətli şarj stansiyalarında 25 dəqiqə ərzində %30-dan %80-ə çatır, avtomobilin ən aşağı enerji sərfiyyatı dəyəri 100 kilometrə 10.5 kWh olaraq qeydə alınıb.

Modelin ən üst təchizat səviyyəsində Horizon Robotics tərəfindən istehsal olunan Journey 6M prosessoru və GAIA 2.0 World Model infrastrukturu mövcuddur. Səviyyə 2 sürət dəstək sistemi şəhər içi və magistral yollarda avtonom naviqasiya (NOA) və avtomatik parketmə funksiyalarını yerinə yetirir. İstehsalçı FAW-Volkswagen sistemin etibarlılığı ilə bağlı rəsmi zəmanət verərək, ilk istifadə ili ərzində qabaqcıl sürücülük dəstək sistemindən qaynaqlana biləcək qəza və zədələr üçün avtomobil sahiblərinə birbaşa kompensasiya ödəniləcəyini elan etdi.

Avtomobilin idarəetmə panelində 15.6 düym ölçüsündə və 2.5K təsvir ölçüsünə malik sensorlu multimedia ekranı yerləşir. “Yuexing Smart Cockpit 2.0” adlandırılan əməliyyat sistemində Doubao, DeepSeek və Qwen süni intellekt modelləri inteqrasiya olunmuş şəkildə işləyir. Təbii səsli əmrləri tanıması və ağıllı marşrut planlaşdırma xüsusiyyətlərinə sahib olan avtomobildə Apple CarPlay, HiCar və CarLink bağlantıları dəstəklənir.

Salon daxilində ön oturacaqlar tamamilə geriyə yatırılaraq iki nəfərlik düz bir dincəlmə sahəsinə çevrilə bilir, həmçinin avtomobil 3.5 kW tutumlu xarici cihazların qidalandırılması (V2L) dəstəyini təmin edir. Çinli və alman mühəndislərin birgə inkişaf etdirdiyi “Bamboo Aesthetics” dizayn dilinə sahib olan model 4.806 mm uzunluq, 1.868 mm en, 1.500 mm hündürlük və 2.820 mm təkər bazası təklif edir, ön asqıda MacPherson, arxa oxda isə torsion çubuğu sistemi istifadə olunub. Kuzov üzərində tətbiq edilən 17 aerodinamik detal sayəsində hava müqavimət əmsalı 0.208 Cd səviyyəsinə endirilib. Modelin Çindən kənarda beynəlxalq bazarlara çıxış tarixi hələlik rəsmi olaraq açıqlanmayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Oktyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri