24 saata müharibəni bitirəcəyimi deyəndə... Tramp
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
O vaxt mən bunu bir az sarkazmla demişdim. Real olaraq nəyi nəzərdə tuturam – mən bunun həllini istəyirəm. Düşünürəm ki, məndə alınacaq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Full Measure” proqramının aparıcısı Şeril Attkissonun seçki öncəsi Ukrayna müharibəsini 24 saata həll edə biləcəyini niyə söylədiyi haqda sualına cavab olaraq deyib.
Tramp atəşkəslə bağlı danışıqların indiyədək nisbətən yaxşı getdiyini də vurğulayıb:
“Bazar ertəsi daha çox şey biləcəyik və ümid edirəm ki, yaxşı olacaq”.
Tramp bazar ertəsi nə olacağına aydınlıq gətirməyib.
Qeyd edək ki, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff 13 martda Moskvada Vladimir Putinlə görüşüb.

Tramp müharibəni 24 saata bitirəcək?
13 Dekabr 2024 01:48
Tramp müharibəni 24 saata bitirə bilməyəcək Kuleba
08 Dekabr 2024 00:29
Tramp bu müharibəni 24 saata dayandıracağına SÖZ VERDİ
20 Yanvar 2025 10:56
Tramp Ukraynadakı müharibəni 24 saata deyil, 6 aya həll edəcək
08 Yanvar 2025 10:23
