Icma.az
close
up
RU
“25 30 min veriblər, satmamışam” generaldan alınan, “Mercedes”ə dəyişilməyən “Pobeda”nın hekayəsi FOTO VİDEO

“25 30 min veriblər, satmamışam” generaldan alınan, “Mercedes”ə dəyişilməyən “Pobeda”nın hekayəsi FOTO VİDEO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaçmaz, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC

Hazırda avtomobil bazarında elektrik mühərrikli, ekoloji təmiz və texnoloji cəhətdən müasir nəqliyyat vasitələri üstünlük təşkil edir. Lakin bu inkişafın fonunda klassik avtomobillərə sevgi və sədaqətini qoruyanlar da az deyil. Belə sürücülər üçün köhnə model maşınlar təkcə nəqliyyat vasitəsi deyil, həm də bir dövrün xatirəsi, ailə yadigarıdır. Onlardan biri də Xaçmaz rayonunun Müşkür kənd sakini, 59 yaşlı Cəlaləddin Musayevdir. O, artıq 51 ildir ailəsində qorunan “QAZ-M20” (“Pobeda”) avtomobilini bu gün də sevə-sevə idarə edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlaləddin Musayevin “Pobeda” ilə bağlı hekayəsi uşaqlıq illərindən başlayıb. Atası onu 1974-cü ildə Xırdalanda bir generaldan 4 min manata alıb. Artıq yarım əsrdən çoxdur ki, bu “Pobeda” Musayevlər ailəsinin sevimli “üzvünə” çevrilib. İllər ərzində onu almaq istəyənlər çox olub, hətta 25–30 min manat təklif edənlər də tapılıb. Lakin Cəlaləddin Musayev üçün bu maşın sadəcə maddi dəyər daşımır, o, ata yadigarı, uşaqlıq və gənclik illərinin xatirəsidir.

Bu maşını alanda mənim cəmi 8 yaşım olub. İndi 59 yaşımdayam. Bu avtomobil ailəmizin bir üzvünə çevrilib, ona görə də satmaq istəməmişəm. Yaxşı pul da veriblər. Sovet dövründə bu maşınla tez-tez Dağıstana meyvə-tərəvəz satmaq üçün gedərdik. Dərbənd şəhərində atama “Pobeda”nı “Mercedes”lə dəyişməyi də təklif ediblər, amma razı olmayıb. Atam dünyasını dəyişəndən sonra maşını mən sürürəm. Təmirini də özüm edirəm. Bu avtomobili alanda ilk sahibi xeyli ehtiyat hissələri də vermişdi, bu günə kimi onlardan faydalanıram. Mühərriki, sürətlər qutusu və bir çox vacib detalları “QAZ-24”ün hissələri ilə əvəzləmişik. Həm avtomobilin gücü artıb, həm də bu hissələri tapmaq asan olur. Sükanını da özüm düzəltmişəm - sümükdən idi, sınıb dağılmışdı. Dülgərlik işini bacarıram, palıd və dəndə ağacından sükan da hazırladım”, – deyə Cəlaləddin Musayev bildirib.

Onun sözlərinə görə, atası “Pobeda”nı alanda kənddə cəmi bir “Moskviç” markalı avtomobil olub. İndi isə demək olar ki, hər evdə avtomobil var. Dövr dəyişsə də, Musayevlər 70 ilə yaxındır istifadə olunan bu klassik maşından ayrılmaq fikrində deyillər: “Bəziləri belə retro avtomobilləri kolleksiya üçün saxlayır, bəzək kimi qoruyur. Sürməyəndən sonra maşın nəyə lazımdır? Bunun ləzzəti elə sürməkdədir də. İşimlə əlaqədar demək olar ki, hər gün bu “Pobeda”nı sürürəm. Hər iki-üç aydan bir yağını dəyişirəm. Çox sərfəli maşındır, sadəcə benzinini tökür və sürürəm. Sürəndə rahatlıqla 100–120 kilometr/saat sürət yığır, 100 kilometrə 13–14 litr yanacaq sərf edir. Oğlum da deyir ki, satmayaq, təmir edib hələ uzun illər ailə maşını kimi istifadə edək”.

Bəzi mənbələrdə bildirilir ki, “Pobeda” avtomobilinə əvvəlcə “Rodina” (“Vətən”) adı verilmək istənilib. Hətta İosif Stalinin “Bəs, biz “Vətən”i neçəyə satacağıq?” – deyə zarafat etdiyi də söylənilir. Lakin bu, sadəcə gözəl bir zarafatdır. Əslində, avtomobilin layihələndirilmə mərhələsindən etibarən onun “Pobeda”, yəni “Qələbə” adlanacağı əvvəlcədən müəyyənləşmişdi.

Cəlaləddin Musayev hazırda Xaçmaz rayonunda fəaliyyət göstərən “4 nömrəli Yol İstismarı” MMC-də baş mühəndis vəzifəsində çalışır. Onun “Pobeda”sı küçələrdə hərəkət edəndə dərhal diqqət çəkir — insanlar maraqla baxır, yaxınlaşıb şəkil çəkdirirlər. Retro avtomobil təkcə ailəsi üçün deyil, yaxınları üçün də xüsusi dəyərə malikdir. Qohumları və dostları bu “Pobeda”dan tez-tez toylarda gəlin gətirmək üçün istifadə edirlər.

QAZ M-20 “Pobeda” sovet istehsalı olan orta sinif minik avtomobilidir. 1946–1958-ci illərdə Qorki Avtomobil Zavodunda (QAZ), həmçinin 1951–1973-cü illərdə Polşada istehsal olunub. “Pobeda”nın seriyalı istehsalı 1946-cı ildə başlayıb. 1958-ci ilə qədər 241 mindən çox avtomobil buraxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see226

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see171

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see146

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see144

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see135

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see132

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see129

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see129

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see129

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see128

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see127

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri