Icma.az
close
up
RU
“Mercedes”ə dəyişilməyən “Pobeda” FOTO

“Mercedes”ə dəyişilməyən “Pobeda” FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İndi avtomobil bazarında elektrik mühərrikli, ekoloji təmiz və texnoloji cəhətdən müasir nəqliyyat vasitələri üstünlük təşkil edir. Lakin klassik avtomobillərə sevgi və sədaqətini qoruyanlar da az deyil. Belə sürücülər üçün köhnə model maşınlar təkcə nəqliyyat vasitəsi deyil, həm də bir dövrün xatirəsi, ailə yadigarıdır. Onlardan biri də Xaçmaz rayonunun Müşkür kənd sakini Cəlaləddin Musayevdir. O, 51 ildir ailəsində qorunan “QAZ-M20” (“Pobeda”) avtomobilini bu gün də sevə-sevə idarə edir.

AZƏRTAC-ın bölgə müxbirinə danışan Cəlaləddin Musayev deyir ki, “Pobeda” ilə bağlı hekayəsi uşaqlıq illərindən başlayıb. Atası onu 1974-cü ildə Xırdalanda bir generaldan 4 min manata alıb. Artıq yarım əsrdən çoxdur ki, bu “Pobeda” Musayevlər ailəsinin sevimlisinə çevrilib. İllər ərzində onu almaq istəyənlər çox olub, hətta 25-30 min manat təklif edənlər də tapılıb. Lakin Cəlaləddin Musayev üçün bu maşın sadəcə maddi dəyər daşımır, o, ata yadigarı, uşaqlıq və gənclik illərinin xatirəsidir: “Bu maşını alanda mənim cəmi 8 yaşım olub. İndi 59 yaşımdayam. Bu avtomobil ailəmizin bir üzvünə çevrilib, ona görə də satmaq istəməmişəm. Yaxşı pul da veriblər. Sovet dövründə bu maşınla tez-tez Dağıstana meyvə-tərəvəz satmaq üçün gedərdik. Dərbənd şəhərində atama “Pobeda”nı “Mercedes”lə dəyişməyi də təklif ediblər, amma razı olmayıb. Atam dünyasını dəyişəndən sonra maşını mən sürürəm. Təmirini də özüm edirəm. Bu avtomobili alanda ilk sahibi xeyli ehtiyat hissələri də vermişdi, bu günə kimi onlardan faydalanıram. Mühərriki, sürətlər qutusu və bir çox vacib detalları “QAZ-24”ün hissələri ilə əvəzləmişik. Həm avtomobilin gücü artıb, həm də bu hissələri tapmaq asan olur.

Sükanını da özüm düzəltmişəm - sümükdən idi, sınıb dağılmışdı. Dülgərlik işini bacarıram, palıd və dəndə ağacından sükan da hazırladım”.

Cəlaləddin Musayevin sözlərinə görə, atası “Pobeda”nı alanda kənddə cəmi bir “Moskviç” markalı avtomobil olub. İndi isə demək olar ki, hər evdə avtomobil var. Dövr dəyişsə də, Musayevlər 70 ilə yaxındır istifadə olunan bu klassik maşından ayrılmaq fikrində deyillər: “Bəziləri belə retro avtomobilləri kolleksiya üçün saxlayır, bəzək kimi qoruyur. Sürməyəndən sonra maşın nəyə lazımdır? Bunun ləzzəti elə sürməkdədir də. İşimlə əlaqədar demək olar ki, hər gün bu “Pobeda”nı sürürəm. Hər iki-üç aydan bir yağını dəyişirəm. Çox sərfəli maşındır, sadəcə benzinini tökür və sürürəm. Sürəndə rahatlıqla 100-120 kilometr/saat sürət yığır, 100 kilometrə 13-14 litr yanacaq sərf edir. Oğlum da deyir ki, satmayaq, təmir edib hələ uzun illər ailə maşını kimi istifadə edək”.

Cəlaləddin Musayev hazırda Xaçmaz rayonunda fəaliyyət göstərən “4 nömrəli Yol İstismarı” MMC-də baş mühəndis vəzifəsində çalışır. Onun “Pobeda”sı küçələrdə hərəkət edəndə dərhal diqqət çəkir - insanlar maraqla baxır, yaxınlaşıb şəkil çəkdirirlər. Retro avtomobil təkcə ailəsi üçün deyil, yaxınları üçün də xüsusi dəyərə malikdir. Qohumları və dostları bu “Pobeda”dan tez-tez toylarda gəlin gətirmək üçün istifadə edirlər.

QAZ M-20 “Pobeda” sovet istehsalı olan orta sinif minik avtomobilidir. 1946-1958-ci illərdə Qorki Avtomobil Zavodunda (QAZ), həmçinin 1951-1973-cü illərdə Polşada istehsal olunub. “Pobeda”nın seriyalı istehsalı 1946-cı ildə başlayıb. 1958-ci ilə qədər 241 mindən çox avtomobil buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see384

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see245

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see240

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see237

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see221

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see217

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see217

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see216

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see215

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see213

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see212

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see210

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see209

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see194

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see194

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see191

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see191

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see186

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see178

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri