25 min manatlıq avtomobil qəza keçirərsə, 5 min manatdan çox dəyər itirə bilər
Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hesablamalara görə, avtomobilin qiymətinə ən güclü davamlı təsir edən amil istismar müddətidir.
Azərbaycan Qiymətləndiricilər Palatasından Marja.az-a daxil olan məlumata görə, əlavə hər bir istismar ili avtomobilin bazar qiymətini orta hesabla 6,1 faiz azaldır. Yürüşün ayrıca təsiri isə daha zəifdir: hər əlavə min kilometr qiyməti orta hesabla 0,0256 faiz aşağı salır. Bu göstərici 50 min kilometr üçün təxminən 1,27 faiz təşkil edir.

Transmissiya növü də qiymət fərqinin formalaşmasında rol oynayır. Digər xüsusiyyətləri eyni olan avtomobillərdə mexaniki transmissiya avtomat transmissiya ilə müqayisədə orta hesabla 6,3 faiz aşağı qiymətləndirilir.
Qəza tarixçəsi avtomobilin bazar dəyərinə əhəmiyyətli təsir göstərən digər amildir. İyul ayı üzrə hedonik hesablamalara əsasən, təmir edilmiş qəza tarixçəli avtomobildə qalıq əmtəə dəyəri itkisi təxminən 5,2 faizdir. Təmir olunmamış zədəli avtomobillərdə ümumi bazar zərəri isə təxminən 21 faiz qiymətləndirilir. Bunun 15,8 faizinin təmir xərci ekvivalenti, 5,2 faizinin isə təmirdən sonra qalan dəyər itkisi olduğu hesablanır.
Məsələn, qəzasız bazar dəyəri 25 min AZN olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5,2 min AZN ola bilər. Lakin bu rəqəm servis smetası deyil və konkret zərərin müəyyənləşdirilməsi üçün zədələnmiş detallar, ehtiyat hissələri, işçilik və ekspert qiymətləndirməsi nəzərə alınmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 17 Avqust 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















