Icma.az
close
up
RU
250 milyon dollar qazanır, 4 milyard xərcləyirik

250 milyon dollar qazanır, 4 milyard xərcləyirik

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. 

Bu günə qədər ölkə üzrə 2-si dövlət, 22-si özəl olmaqla 24 aqropark qeydiyyata alınıb. Onların 22-si rayonda yerləşir və ümumilikdə 66,3 min hektar ərazini əhatə edir. Bu aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə logistika və qablaşdırma üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat, faktiki investisiya məbləği isə 900 milyon manatdan çoxdur. Dövlət dəstəyi çərçivəsində 16 aqroparka 142,4 milyon manat güzəştli kredit, 17 aqroparka isə 16,5 milyon manat dəyərində idxal güzəşti təqdim olunub. 

Aqroparkların KTN-nə verilməsi bu sektorda hansı dəyişikliklərə yol açacaq?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, aqroparklar əsasən bitkiçilik, pambıçılıq və taxılçılıqla məşğul olur, digər sahələr isə kiçikhəcmlidir: 

“Aqroparklar yaradılanda qarşıya məqsəd qoyulmuşdu ki, Azərbaycan 5 ildən sonra ərzaq buğdası idxalına son qoyur. Ancaq 20 il bundan əvvəl də 1,2-1,3 milyon ton ərzaq buğdası idxal edirdik, indi yenə həmin həcmdə ərzaq buğdası idxal edirik. Yəni ciddi dəyişiklik olmayıb. Aqroparkların əsas xidməti 2015-ci ildə strateji məhsul elan edilən pambıq istehsalının genişləndirilməsi olub. Beləliklə, 2018-2019-cu ilə qədər bu sahədə artım qeydə alındı. Ondan sonra o sahədə də geriləmə başladı. Pambıq istehsalı ildən-ilə azalır. 

Aqroparklar özəl mülkiyyət olmadığına görə orada direktordan başlamış fəhləyə qədər hamı nəsə əldə etmək istəyirdi. Heç kim ona özününkü kimi münasibət bəsləmirdi. Yəni digər dövlət əmlakı əsasında qurulan müəssisələr kimi burada da münasibət eyni idi. 10 ildə hökumət aqroparklara qoyduğu vəsaiti ölkədə özəl fermerlərə yatırsaydı, o hədəflərə bəlkə də 150 faiz çatmaq olardı. Azərbaycanda elə pambıq istehsal etmək mümkün deyil ki, onun lifinin uzunluğu 30-60 sm çatsın. Bu mümkün deyil”. 

Ekspert deyir ki, taxılla bağlı da vəziyyət eynidir: 

“Taxıl istehsalına nə qədər vəsait qoysaq da, istehsalı yerli tələbat səviyyəsinə qədər inkişaf etdirə bilmərik. Buna Azərbaycanın potensialı yoxdur. Tələbatın 80 faizinə qədər istehsal edə bilərik. Ərzaq buğdası idxalını təxminən bəlkə də 500 min tona qədər endirə bilərik. Bunun üçün də ölkədə əsasən seleksiyaçılar işləyib, yüksək məhsuldarlıqlı buğda sortları yetişdirməlidirlər. Xaricdən yüksək məhsuldarlıqlı buğda sortlarının toxumunu idxal etmək səmərə vermir. Məsələn, Kanadada 70 sentner məhsul verən ərzaq buğdası Azərbaycanda 30 sentinerdən artıq məhsul vermir. 

Deməli, xaricdən idxal yox, daxildə məhsuldar buğda sortları yetişdirməliyik. Bizim mütəxəssislərimiz çalışmalıdır, ilkin mərhələdə bunu təşkil etmək lazımdır ki, alimlərin yetişdirdikləri buğdadan fermer bir neçə il  səmərə götürsün. Azərbaycanın kənd təsərrüfatını pambığa qurban verildi. Pambıq Azərbaycana ən yüksək gəlir gətirəndə 250 milyon dollar valyuta gətirib. Ancaq kənd təsərrüfatı mənşəli məhsullarına ötən il 4 milyarddan artıq vəsait sərf eləmişik. Bizim idxalımızın az qalsın dörddə biri kənd təsərrüfatı məhsulları olsun. Vaxtilə əhalinin 70 faizi kənd təsərrüfatı ilə məşğul olurdu və 2 milyon hektar kənd təsərrüfatına yararlı torpaq var idi, indi əlimizdə olan torpaqları becərə bilmirik”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: aqroparklar pambıq taxıl Akif Nəsirli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri