Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Baş məşqçi: “Futbolun təməli məhəllədən başlayır” MÜSAHİBƏ

Baş məşqçi: “Futbolun təməli məhəllədən başlayır” MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Bu ilin aprel ayında klubun fəaliyyətinə başlamışıq. Həvəskarlar Liqasından yola çıxdıq və “Capital Baku” komandasını formalaşdırdıq”.

Bunu AFFA U-11 və U-12 Liqasında mübarizə aparan “Capital Baku” futbol klubunun baş məşqçisi Tural Hüseynov AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Özünüz haqqında məlumat verərdiniz…

- Keçmiş peşəkar futbolçu olmuşam. 8-9 yaşından futbolla məşğul olmağa başlamışam. Bilirsiniz ki, peşəkar futbol elə bir sahədir ki, zədəsiz ötüşmək olmur. Mənim də qismətimdə var imiş – onurğa travması aldım. Elə bu zədə səbəbindən 20–24 yaşlarım arasında futbolçu kimi karyeramı bitirməyə məcbur oldum. Halbuki həmin dövrdə karyeramın ən pik nöqtəsində idim. Bu haqda çox danışmaq istəmirəm. Zədədən sonra futbolçu kimi davam edə bilməsəm də, futboldan uzaqlaşmadım. Məşqçilik karyerasına keçid etdim və yolumu bu sahədə davam etdirdim. Məşqçi kimi ilk olaraq “Atəşgah” Futbol Klubunda çalışmışam. Həmin komanda ilə Bakı çempionu, ölkə çempionatının mükafatçısı olmuşuq. Daha sonra “Abşeron” Futbol Məktəbində fəaliyyət göstərmişəm. Eyni zamanda, AZAL klubunda da çalışmışam. Artıq 25 ilə yaxındır bu sahədəyəm. Hazırda isə öz rəsmi klubumu yaratmışam.

- “Capital Baku” klubunu yaratmaq ideyası necə ərsəyə gəldi?

- Bu ilin aprel ayında klubun fəaliyyətinə başlamışıq. Həvəskarlar Liqasından yola çıxdıq və “Capital Baku” komandasını formalaşdırdıq. Dövlət qeydiyyatından keçmişik, rəsmi olaraq fəaliyyət göstəririk.

“Capital Baku” adını seçməyimizin səbəbi gələcək planlarımızla bağlıdır. Adın həm paytaxtı ifadə etməsini, həm də beynəlxalq səviyyədə tanınmasını istəyirdik. Fikirləşdik ki, xarici turnirlərə və beynəlxalq yarışlara qatılarkən komandanın adından dərhal məlum olsun ki, bu, Bakını təmsil edən bir klubdur. “Capital Baku”da hazırda üç yaş qrupu fəaliyyət göstərir. İki yaş qrupu U-11 və U-12 komandalardır. Bundan əlavə, böyük komandamız var və Region Liqasında iştirak edirik. Biz əsas diqqətimizi uşaqlara, xüsusilə U-11 və U-12 yaş qruplarına yönəltmişik. Hazırda U-11 komandamız Azərbaycan çempionatında liderlər sırasında yer alır. Komanda 12 kollektiv arasında 1–2-ci yerləri bölüşdürür. U-12 komandamız da öz qrupunda 12 iştirakçı arasında ilk “dördlük”də qərarlaşıb. Qarşıda növbəti tur oyunumuz var. Ümid edirəm ki, həmin qarşılaşmada da qələbə qazanıb mükafatçılar sırasında yer alacağıq. Bu məqsədlə yola davam edirik.

- Komandanı formalaşdıranda əsas hədəfləriniz nə olub?

- Məqsədimiz Azərbaycan futboluna xeyirli, istedadlı futbolçular bəxş etməkdir. Ən azı 3–4 futbolçunu milli komandamıza təqdim edə bilsək, bu, bizim üçün ən böyük uğur olar. Eyni zamanda, Premyer Liqadakı komandalar da bizim yetirmələrimizdən faydalana bilər. “Şamaxı” klubu və “Vətən” Futbol Akademiyası ilə əməkdaşlıq edirik. Buradan yetişdirdiyimiz uşaqları ilk növbədə bu qurumlara göndəririk. Bununla yanaşı, digər klublarla da əlaqələrimiz mövcuddur. Məsələn, “Şamaxı” klubu iki futbolçumuzla müqavilə bağladı. Keçən il isə bir yetirməmiz “Sabah” klubu ilə müqavilə imzaladı. Beləliklə, uşaqlarımızı yetişdirib Premyer Liqa klublarına göndərmişik. Bu, bizim üçün bir nəticədir, inkişafdır və yaxşı mənada bir nailiyyətdir.

- Azərbaycanın aşağı yaş qrupları üzrə yığma komandalarının sabiq baş məşqçisi Nikolay Adamın yanında işləmisiniz. Maraqlıdır, skaut olaraq ölkə futboluna hansı futbolçuları qazandırmısınız?

- Mən Almaniya ilə iş birliyində olmuşam — Nikolay Adam və Berti Foqts komandasının tərkibində çalışmışam. Onların yanaşmasında birinci prioritet uşaq futboludur. Almaniya dördqat dünya çempionudur və onlar lisenziya üçün gələndə belə, ilk olaraq uşaq futboluna yönləndirilirdilər. Deyirdilər ki, ən azı bir il uşaq futbolunda işləməlisiniz. Sonra yavaş-yavaş kateqoriyanı qaldırıb böyük klublarda çalışmağa icazə verilirdi. Bu, onların sistemi və inkişaf modelidir. Orada sistem tam şəkildə oturuşub. Bilirsiniz ki, Alman modeli çox dəqiq və işlək bir sistemə malikdir. Mən də onların yanında çalışmışam. C kateqoriyamı da, B kateqoriyamı da Azərbaycanda almışam. Hər ikisi UEFA kateqoriyalı məşqçilik lisenziyalarıdır.

Bundan başqa, almanlarla skaut kimi də fəaliyyət göstərmişəm. Nikolay Adamın tövsiyəsi ilə məni milli komandaların seleksiya prosesinə dəvət etdilər. 15, 16, 17 və 19 yaşadək milli komandaların oyunlarını və turnirlərini izləyirdim. O yaş qruplarının yarışlarını təhlil edib seçimlər edirdim, perspektivli uşaqları yönləndirirdim. Nikolay Adam isə yeniyetmələrdən ibarət milli komandanın işinə nəzarət edirdi və mən də ona bu prosesdə dəstək olurdum.

- Azərbaycanda uşaq futbolunun hazırkı durumu haqqında fikirləriniz nələrdir?

- Əlbəttə, uşaq futbolunun problemləri çoxdur. Bu barədə uzun danışmaq istəmirəm, amma ən böyük çətinliklərdən biri infrastruktur, yəni stadionların, meydançaların azlığıdır. Uşaqların futbol oynaya bilməsi üçün şərait yüksək səviyyədə deyil. Mən həmişə deyirəm ki, futbolun təməli məhəllədən başlayır. Futbolçunun formalaşmasının ilk nöqtəsi məhəllə futboludur. Bizim vaxtımızda hər məhəllədə uşaqlar top oynayırdı. Oynayan da, oynamayan da meydanlarda idi. Çünki yer vardı, şərait vardı. Hər məhəllənin qarşısında kiçik də olsa bir mini-stadion salması çox vacibdir. Stadionlar nə qədər çox olsa, məhəllələrdə meydançalar nə qədər artsa, uşaqlar bir o qədər çox futbol oynayar, toplara daha çox toxunar, təcrübələri artar. Bu da təbii olaraq inkişafı sürətləndirər.

Çünki uşaqlar futbol komandalarına məhz məhəllədən gəlirlər. Məhəllə futbolu olmayanda vəziyyət çətinləşir. Bir var ki, uşaq məhəllədə az da olsa futbol oynayıb gəlir, bir də var ki, sıfırdan başlayır. Ən çətini də sıfırdan başlamaqdır.

- Uşaq futbolunun əsas fundamenti nədən başlayır?

- İlk növbədə toplardan, yəni təməl texnikadan başlayır. Futbolun bünövrəsi düzgün texniki hazırlıqdır. Yəni, koordinasiya, balans, tarazlıq kimi bacarıqlar formalaşmalıdır.

Ən vacib məqam isə 6–7 yaşlı uşaqlara futbolu sevdirməkdir. Uşaqlar məşqlərə sevə-sevə gəlməlidirlər. Bunun üçün məşqlərin daha çox əyləncəli şəkildə təşkil edilməsi çox önəmlidir. Uşağın əhval-ruhiyyəsi yüksək olanda həm inkişaf sürətlənir, həm də futbola bağlılığı artır. Ümumiyyətlə, insanın əhval-ruhiyyəsi yüksək olanda hər bir işdə xeyir olur. Hər sahədə olduğu kimi, futbolda da inkişaf bu zaman daha sürətli və daha sağlam olur.

- Həftəlik məşq proqramınız necə qurulur?

- Yarışlarımız varsa, məsələn, bazar günündən sonra və ya yarış şənbə günüdürsə, bazar günü uşaqlar istirahət edir. Hazırlığı birinci gündən başlayırıq. Yavaş-yavaş məşqlərin intensivliyini artırırıq, amma çempionat yaxınlaşanda məşqləri tədricən azaldırıq ki, uşaqlar yarışa yorğun çıxmasınlar. Bu, bizim taktiki yanaşmamızdır. Uşaqlara mövqelərinə uyğun futbolu öyrədirik. Əlbəttə, onlar hələ uşaqdır, texniki bacarıqlarını inkişaf etdirir, toplarla işləməyi öyrənirlər. Amma artıq mövqeli futbolu izah edirik — müdafiədən çıxış, yarımmüdafiədən hücuma keçid, kənar mövqelərin istifadəsi, oyunu qapıdan başlatma kimi bütün incəlikləri addım-addım uşaqlara izah edirik.

- Fiziki hazırlıq, texniki bacarıq və oyun anlayışının balansını necə qoruyursunuz?

- Uşaqların inkişafında bu üç elementi bir-birindən ayırmaq olmaz. Fiziki hazırlıqla texniki məşqləri və oyun anlayışını paralel şəkildə aparırıq. Məşqləri planlayarkən, hər məşqdə həm toplarla texnika üzərində işləyirik, həm fiziki hazırlığı gücləndiririk, həm də taktiki oyun anlayışını izah edirik. Məqsəd uşaqların həm fiziki, həm texniki, həm də intellektual bacarıqlarını balanslı şəkildə inkişaf etdirməkdir. Bu yanaşma onlara oyun zamanı düzgün qərarlar verməyə və müxtəlif vəziyyətlərə adaptasiya olmağa imkan verir.

- Bu yaş qrupunda futbolçuların inkişafında hansı metodlara üstünlük verirsiniz?

-Uşaqları yetərincə inkişaf etdirmək üçün sıfırdan başlamaq lazımdır. Uşaqların koordinasiyası, balansı, toplu və topsuz texnikası düzgün formalaşdırılmalıdır. Eyni zamanda, oyun oxuma bacarıqları, meydanı görmə qabiliyyəti, təcrübə və praktik vərdişlər önəmlidir. Bu səbəbdən uşaqları tez-tez oyunlarda və yarışlarda iştirak etdirməliyik. Hər həftə, hətta mümkün olmasa da, ən azı bir dəfə uşaqların yarışlarda çıxış etməsi vacibdir. Bu onlara həm təcrübə qazandırır, həm praktika verir və nəticədə istedadlı və yetkin futbolçular yetişdirmək mümkün olur.

- Necə düşünürsünüz, yaxşı futbolçu olmaq üçün ilk növbədə hansı bacarıqlara sahib olmaq lazımdır?

- Futbolçu üçün sabit bir standart yoxdur. Sıfırdan bir oyunçu yetişdirirsən və deyə bilməzsən ki, həmin 10 nəfərin hamısı peşəkar futbolçu olacaq. Ən azı 5–6 nəfər peşəkar səviyyəyə çatarsa, bu artıq çox yaxşı nəticə sayılır. Uşaqların inkişafı onların qavrama qabiliyyətindən, qərar vermə bacarığından asılıdır. Futbolun əsas prinsipi isə məntiq və intellekt üzərində qurulub. Məntiqi düzgün tətbiq edə bilən və intellekti ilə hərəkət edən oyunçu futbolda rahat oynaya bilər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri